YALAN DÜNYA (I yazı)
                25-04-2023 [14:28]
Qalib ARİF
***
Hazırda dünyada o qədər əfsanəyə bənzər həqiqət və həqiqətə bənzər əfsanə dolaşır ki, arada sərhəd itir, həqiqətin harda qurtarıb, yalanın, şayiənin harda başlandığını bilmək olmur...
11 sentyabr terroru kimin əməlidir?
2001-ci ilin 11 sentyabr tarixində Amerikada baş verən terror hadisəsi haqqında rəsmi məlumatların həqiqətdən uzaq olduğunu düşünənlər çoxdur. ABŞ-ın Nyu-York şəhərində hətta bu versiyanı dəstəkləyən qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Onları sadə bir ideya birləşdirir: 11 sentyabr terroru öz həcminə və mahiyyətinə görə o qədər nəhəng layihədir ki, bunu maliyyələşdirməyə və həyata keçirməyə adi bir təşkilatın gücü çatmazdı. Bunun üçün bütöv bir hökumət mexanizmi və maliyyə sistemi lazım idi. Məqsəd isə “Islam terrorizmi” mifini yaratmaq, Iraqın neft yataqlarını və Əfqanıstanın opium plantasiyalarını ələ keçirmək idi. Arqumentlər də istənilən qədərdir. Məlum olduğu kimi, Nyu-Yorkun Ticarət mərkəzinin iki binasında 40 minə qədər adam işləyirdi. 11 sentyabr terror hadisəsi isə iş vaxtı törədildiyinə baxmayaraq, 4 mindən də az adam həlak olub. Bunların da əksəriyyəti xidmətçi personal - gəlmələr və “qaralar”dır. Terror hadisəsinin əsas təşkilatçısı sayılan Üsəma ben Laden isə həqiqidən çox əfsanəvi şəxsiyyətdir. Bu vaxta kimi real həyatda nə onun üzünü görən, nə də səsini eşidən omamışdı. Belə çıxırdı ki, Üsəma ben Laden və onun əl-Qaidə terror təşkilatı real yox, virtual məkanda fəaliyyət göstərirdi?! Bəlkə, Pakistanın Karaçi şəhərində “Hollivud şousu” düzəltdilər və Ben Laden rolunun ifaçısını “qətlə” yetirdilər?! Doğurdan da, cavabsız suallar çoxdur...
Sunami kimin işidir?
2004-cü ildə Hind okeanında meydana gələn və Indoneziyada müsəlmanların qəniminə çevrilən nəhəng dalğalar bu gün də mübahisə mövzusudur. Bəzi elmdən uzaq adamlar süni törədilən və yönəldilən zəlzələlər (“tektonik silah” adlanır) versiyasına inandıqları kimi, süni sunamilərə də inanırlar, hətta bunu yeni bir kütləvi qırğın silahı hesab edirlər. Onların fikrinə görə, sunami Israillə Amerikanın ortaq istehsalı olan bir nüvə silahının fəsadıdır. Belə ki, sözügedən iki ölkə bu silahı sınaqdan keçirərkən Hind okeanında dəhşətli sunami yaranıb. Misir və Orta Şərqdəki bir çox qəzetçilər bu işi araşdıraraq onun müsəlmanlarà ziyan vermək üçün düşünülmüş plan olduğunu iddia edirdilər. Düzü, iddianı dünya gündəminə daşımağa da nail oldular və adamları dilemma qarşısında qoydular: Allahın qəzəbi, dörd təbii fəlakətdən biri, yoxsa Israil - Amerika cütlüyünün müsəlmanlara zərbəsi? Sunaminin bunlardan hansı olduğu hələ də mübahisə mövzusudur...
Qiyamət qopacaq, qopmayacaq?
Oxucular xatırlayar, 2012-ci ildə qiyamət qopacağı ilə bağlı şaiyələr dünyanı dolaşırdı. Yeri gəlmişkən, bu şaiyələrdən dünya kinematoqrafiyası da, siyasəti də, iqtisadiyyatı da yetərincə “xeyir” götürdü. 2012-ci ilin dekabr ayında bunun ilkin simptomlarının üzə çıxacağı, ayın sonlarına doğru isə Yer kürəsinin alt-üst olacağı deyilirdi. Bu versiyanın tərəfdarları hətta Nastradamus, Vanqa və s. kimi beynəlxalq fırıldaqçıların “öncəgörmələri”ndə sübutlar axtarır və tapırdılar. “Bəs necə, bunu Nostradamus da, Vanqa da deyib”. Alimlərin araşdırmaları isə bu şayiələrə bircə cümlə ilə cavab verirdi - yalandır, buna inanmaq olmaz. Bəzi məlumatlara görə, 2012-ci il şayiəsi həmin il ekranlara çıxmış “2012-ci il” filminin ucuz reklamı üçün hesablanmışdı. Hətta işə də yaradı, film öz istehsalçılarına kifayət qədər pul və şöhrət gətiridi...
Aya insan ayağı dəyib, dəyməyib?
Söhbət yadplanetlərdən və yadplanetlilərdən düşəndə şayiənin, yalanın harda qurtarıb, həqiqətin harda başlandığını bilmək olmur. Bu məlumatlar təxminən ölüm və o dünya barədə bilgilərə bənzəyir: heç kim orda olmayıb və heç kim öz gözləri ilə görməyib. Hətta amerikalıların Aya getməsi də “böyük yalan” sayılır. Deyirlər ki, Aya ümumiyyətlə, insan ayağı dəyməyib. Şayiələrə görə, Amerikanın “Apollon-11” kosmik gəmisi ilə Aya göndərdiyi və 1969-cu ilin 20 iyul tarixində Aya endiyi deyilən komanda ümumiyyətlə, Aya heç ayaq basmayıb. Bu versiyanın müəllifləri kosmonavtlar - Nil Armstronq və Edvin Aldvinin Ay əvəzinə Nevada ştatının (ABŞ) düzənliklərində təşkil olunmuş bir fotostudiyaya “endirildiyinə” inanır. Yayılan məşhur fotolar isə, sadəcə xəyal məhsuludur və həmin studiyada çəkilib. (Yeri gəlmişkən, bu mövzu ilə əlaqədar 80-ci illərdə Amerikada “Koziroq-1” adlı film də çəkilmişdi.) Məqsəd isə həmişə olduğu kimi, insan övladının başını irreal məsələlərlə qatmaq, reallıqdan uzaqlaşdırmaq idi.
Bermud üçbucağı - şeytan yuvası?!
Bermud üçbucağı Atlantik okeanında. ABŞyaxınlığında bir çox gəmi və təyyarənin itdiyi, bəzi anormal hadisələrin yaşandığı adalar qrupunun adıdır. Heç kimsənin barəsində ağlabatan açıqlama verə bilmədiyi bu əsrarəngiz fenomen içində elm adamlarının da olduğu insanlar tərəfindən illərlə “fövqəlbəşər olay” kimi qəbul edildi. Burada uzun müddət bir çox gəmi, təyyarə özlərindən sonra heç bir iz qoymadan itirdi. Hamı mövzu barədə illərlə danışırdı, amma ortaya fakt qoyan olmadı. Nəhayət “şeytan yuvası” öz qüvvəsini itirdi və bu bölgədə gəmi və təyyarələrin itmə halları da sona çatdı.
Qlobal istiləşmə də yalandır?!
Bəzi mütəxəssislərin və alimlərin versiyalarına görə, qlobal istiləşmə barədə deyilənlər yalandan başqa bir şey deyil. Bu, yüksək vergilər tətbiq etmək və dünya əhalisinin sayını süni şəkildə azaltmaq məqsədi daşıyır. Əslində isə qlobal istiləşmə və soyuqlaşma tsiklik xarakter daşıyır və təxminən hər 50 ildən bir təkrarlanır. Məsələn, hazırkı qlobal istiləşmə dövrünü 2050-ci ildən etibarən qlobal soyuqlaşma əvəz edəcək.
MİA.AZ
"Qarabağ"- "Çelsi" oyunu... - Qurban Qurbanov klubun bliet satışına problem yaradılmasına belə cavab verdi (VİDEO)
Əkrəm İmamoğlunun atası və oğlu istintaqa çağırılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gəncə İcra Hakimiyyətində yoxlama aparılır
Özbəkistan prezidenti İlham Əliyevə məktub göndərib - MƏTN
Məhkəmə ilə bağlı yeni sistem yaradılacaq - Fərman imzalandı
Prezident İlham Əliyev daha bir fərman imzaladı - Detallar
Bakı metrolarında yeni ödəniş forması tətbiq olunub
Məktəblərdə bayram tətili... - Agentlik açıqlama yaydı
Parada görə marşrutların istiqaməti dəyişdirilir, bəzləri müvəqqəti işləməyəcək - SİYAHI
“Azercell”in dəstəyi ilə şəhid övladları üçün II İntellektual Marafon keçirildi - FOTOLAR
Mikayıl Cabbarov Rövnəq Abdullayev və komandasını "vurdu" - “SOCAR-da hərc-mərclik də var idi, qeyri-səmərəlilik də”
Ramiz Mehdiyevin vəkilləri şikayətləri geri götürüb - Yeni detallar
HANSI SAHƏLƏRƏ VERGİ GÜZƏŞTLƏRİ OLACAQ? - Nazir sadaladı
Bu qurumların layihələrinə vəsait ayrılmayacaq
AzTV-də 26 milyon manat hara yoxa çıxıb? - Açıqlama
Ramiz Mehdiyevin oğlundan xəbər var: "Hər gün işə gəlir və..."
Fəzail Ağamalının nikahdankənar oğlu... - İki də nəvəsi varmış
Azərbaycan və Əlcəzair XİN başçıları arasında görüş keçirilib
Maştağa və Albalılıqda işıq olmayacaq
AEM: Oktyabrda apteklərdən 8 dərman vasitəsi yığışdırılıb
Pakistanda Ali Məhkəmənin binasında qaz balonu partlayıb
Sabah Bakıda və rayonlarda leysan olacaq - PROQNOZ
Binəli Yıldırım: Türk dövlətləri arasında qarşılıqlı ticarət dövriyyəsi cəmi 70 milyard dollardır
Zəngilan şəhərinə qayıdışla bağlı ilk püşkatma keçirilib
İranda neft emalı zavodunda güclü yanğın baş verib
Bakıda vətəndaşa əlillik dərəcəsi almaqda kömək edəcəyinə yalan vəd verən qadın saxlanılıb
Zəfər Günü ilə əlaqədar məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin siyahısı açıqlanıb
Lənkəranda bir neçə gün əvvəl əməliyyat olunan xəstə ölüb
Qafqaz Müsəlmanları İdarəsində şəhid ailələrinin üzvləri və qazilərlə görüş keçirilib
Tovuzda 68 yaşlı kişi yıxılaraq ölüb
Siyəzəndə yeni doğulan körpə ölüb
Xəzər sahilində 112 ölü suiti aşkarlanıb
Azərbaycan nefti cüzi bahalaşdı
Gənclərimizi “zəhərləyən” “Bizon”... - Deputatdan çağırış
"Emin Əmrullayev maaşını alıb?"
Çempionlar Liqası: bu gün 9 oyun oynanılacaq
Nepalda qar uçqunu olub - Yeddi nəfər ölüb, xəsarət alanlar var
Boluda dabaq xəstəliyi: 18 kənd və 4 məhəllə karantinə alınıb