Ermənistandakı yarışa getmək belə vacib idi?
20-04-2023 [18:29]
Zülfiyyə Mustafayeva
***
Ermənistandakı məlum yarışmaya gedən və orada təhlükəyə məruz qalan idmançılarımız sag-salamat geri qayıtsa da, təhlükə əslində sovuşmayıb. Hətta mən deyərdim ki, bizimkilərin bəxti gətirdi orada. Öldürmədilər onları.
Mən hələ idmançılarımız orada oteldə girov qalanda 1972-ci ilin Münhen teraktını yadıma salmışdım. 11 nəfərlik İsrail Olimpiya idman komandası fələstin terrorçuları tərəfindən öldürülmüşdü.
Hələ Kanadada Olimpiya oyunlarında baş verən teraktı xatırlayaq. “İdman gözəllikdir” anlayışını çoxdandı, heç kim eyninə almır. İdmanda da, hər sahədə oldugu kimi, güc rol oynayır. Kim güclüdüsə, onun qanunları işləyir.
44 günlük müharibədə Ermənistana göz dagı verdik, indi, sərhədlərin yerini bəlli edirik, hələ Laçın yolunu da baglayıb, anasını aglatmışıq erməninin. Belə bir durumda öz ayagımızla gedib düşmənin yuvasına girmək haradan aglımıza gəlib? Bu nə oyun idi? Niyə öz idmançılarımızı aparıb düşmənin qarşısında aciz durumda qoyduq? Nə vacib idi o yarışa getmək?
İdman siyasət deyil-filan, zırt-pırt yeriydi? Biz öz əlimizlə idmançılarımızı ölümə göndərmişdik, heç olmasa, indi bunun fərqində olan varmı?
Düzdü, bundan əvvəllərdə biz getmişik Ermənistana yarışlara, onlar da gəlib. Amma onda indiki əhvali-ruhiyyə deyildi. Həm də erməni idmançılar 2018-ci ildən bu yana bizim ölkəyə ayaq basmayıblar. Yadınızda deyil, bəyanat vermişdilər ki, guya öz təhlükəsizlikləri üçün qorxurlar. Biz niyə ehtiyatlı tərpənmirik?
Agır atletika üzrə federasiyanın baş katibi deyib ki, Ermənistandakı yarışlar Yay Olimpiya Oyunlarına lisenziya xarakterli ikinci təsnifat yarışı olub. Olsun da. Getmərik olimpiya oyunlarına. O qədər mötəbər beynəlxalq turnirlər var ki. İdmançıların həyatının təhlükəsizliyindən vacibdi bu Olimpiya oyunları? Rusiya idmançıları 2 ildi heç bir beynəlxalq turnirə gedə bilmirlər, məlum sanksiyalara görə. Nə olib onlarda idmana?
Türkiyə milli futbol komandası ilə oyunda baş verənlərdən də nəticə çıxarmadıq biz. Stadionda açıq-aşkar hədələdilər Türkiyə millisini. “Nemesis” yazdılar. Tələt paşanın kəsilmiş başını yadımıza saldılar. Bizə kifayət deyilmi belə mesajlar?
Mən sizi inandırıram, əgər bizim idmançıları orada öldürsəydilər, heç bir beynəlxalq təşkilat-zad-zud heç nə edə bilməyəcəkdi. Heç kimi həbs etməyəcəkdilər. Ya da bir-iki adamı bizə görüntü üçün içəri atıb, sonra buraxacaqdılar azadlıga. Onsuz da agzımızı açan kimi Ramil Səfərovu gözümüzün içinə soxurlar.
Yəni, məndən demək, biz indən belə nəinki düşmənin yuvasına getmək, hətta digər ölkələrdəki tədbirlərdə də çox ehtiyatlı olmalıyıq. Bu, təkcə idmançılarımıza aid deyil. Düşmən bizim jurnalistdən, siyasətçidən, elm, mədəniyyət adamından da acıgını çıxa bilər. Bunu yarışlarda azarkeşlərin, yaxud millətçi fanatların əliylə etməyə nə var ki?
Ermənilərdən yaxşı heç nə gözləməyin. Özümüzü aldatmayaq. Ay nə bilim, xalqların anlaşması-filan. İndi ermənilər daha aqressiv olub. Revanş fikrindən əl çəkə bilmir. Hətta heç nə əldə edə bilməsələr də, onlarla bir araya gəlmək illərin məsələsidi, - deyə düşünürəm.
Yadıma 2009-cu ildə Ermənistanda keçirilən gənclər üzrə Avropa cüdo çempionatı düşdü. O vaxt Azərbaycan tərəfi təhlükəsizliklə baglı zəmanət verən Ermənistandan fiziki qorunma ilə yanaşı, digər şərtlər də tələb etmişdi: Azərbaycan bayragı hörmətli şəkildə, digər ölkələrin bayragı ilə bərabər səviyyədə təqdim olunacaq, bizim idmançıların qalib gələcəyi təqdirdə bayragımız hörmətlə yuxarı qaldırılacaq və himnimiz səslənərkən, ona hörmət təmin ediləcək.
Görəsən, bu dəfə hansı şərtlər əsasında idmançılarımız düşmən ölkəyə getmişdi? Ermənilərin zəmanət məktubunun məzmunundan xəbəri olan varmı?
Yeri gəlmişkən, himn məsələsində Türkiyə futbol millisi də təhqirə məruz qalmışdı, İstiqlal marşını stadionda fitə basdılar. Deməli, bu nüanslar, incəliklər nəinki düşmənlə görüşə gedəndə, bütün tədbirlərdə nəzərə alınmalıdı artıq.
Mia.az
Mən Cəbrayıldayam, sən haradasan? - Paşinyana sual
QHT əməkdaşı Ağdərədə minaya düşüb
Xaçmazın Qaraqurdlu kəndində qatar adam vurub
May ayında 14 gün iş olmayacaq
2026-cı ildə varlanacaq və kasıb qalacaq BÜRCLƏR
Masallıda iki nəfər narkotiklə tutulub
Bürcülərin bu il üçün ən şanslı ayları...
Məsud Pezeşkian İran xalqını küçələrə çağırdı
Kolleclərə yeni direktorlar təyin olunub - Onlar kimdir?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İran heç vaxt olmadığı qədər azadlıq axtarır" - Trampdan yeni mesaj
Sabiq deputat Allahverdi Həsənov vəfat edib
Sabiq nazir işsiz qalıb - Ona yeni vəzifə veriləcək, yoxsa...?
Şamaxıda zəlzələ olub
Binəqədidə yol niyə bağlanıb? - Şikayətə rəsmi reaksiya + VİDEO
Dağlıq ərazilərdə qar yağır
SEPAH komandirinin oğlu öldürülüb
"Dedim, 150 min manat olsun ki..." - Rəqsanənin nəvəsinə 90 min manatlıq reklam müqaviləsini kim təklif edib?
“City Garden Narimanov”un "göz çıxaran" reklamları, "dodaq uçuqladan" qiymətləri...
İsrailin xarici işlər naziri Azərbaycana gəlir
Nazirlikdən küləklə bağlı - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Hələb YPG döyüşçülərindən təmizləndi - Açıqlama
Dövlət Komitəsində yeni dəyişiklik - Yeni Aparat rəhbər kimdir?
Azərbaycan neftinin qiyməti 68 dolları ötdü
Ana və oğlu qazdan zəhərləndi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Vaxt bitdi, döyüş başladı - Hələb bombalanır
Suriya prezidenti Bərzaniyə zəng etdi: "Kürdlərin haqq və hüquqlarını təmin edəcəyik"
Tehranda komendat saatı elan olunub - Şəhər prokuroru əhaliyə "evdən çıxmayın" xəbərdarlığı edib
"Qalatasaray"ın hücumçu elə villa aldı ki... - 4 milyon dollara
Nazirlər Kabineti tarix və mədəniyyət abidələri barədə qərar verib
Ali Məhkəmədə ehtiyat kadr bazası: müsabiqə elan edilib - ŞƏRTLƏR
"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı dəyişib
Qəzza zolağında daha 14 nəfər ölüb - Yaralılar var
"Məgər Elçin Əlibəyli öz qardaş-bacılarına görə məsuliyyət daşıyır?" - Deputatdan aparıcı ilə bağlı sərt açıqlamalar
Qorunan və qorunmayan ləyaqət!
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dövlət Vergi Xidmətində təyinatlar olub