Müğənni Hadisə fəryad etdi: "Ölmək istədim, ölsün istədim..." - FOTO

img

13-04-2023 [12:17]


Müğənni Hadisə sosial media hesabında yeni mahnısı barədə açıqlama verib.

Mia.az xəbər verir ki, "İnstagram"da 14.4 milyon izləyicisi olan və Azərbaycanda da çox sevilən müğənni yeni mahnısı "Feryat"dan söz açıb.

Hadisə bildirib ki, bu nahnıya qədər içində səssiz bir fəryad vardı.

Ailə uğursuzluqları ilə üzləşdiyinə işarə vuran müğənni aşağıdakıları yazıb: "Mən, əslində, bu mahnımla səssiz fəryadımı etdim.  Neçə dəfə inandım, neçə dəfə yanıldım... Ölmək istədim, ölsün istədim. Ürəyimi yerindən çıxarıb atmaq istədim. Hər səfərində sahilə vurmaqdan yorulub bağıra-çağıra fəryad etmək istədim... Dinlədiyim ilk anda bu  mahnının başda mənim və səssiz bağırtıları olan hər kəsin səsli fəryadı olsun, istədim...".

Hadisə sonda mahnının geniş təqdimatının sabah - aprelin 14-də olacağını deyib.

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR