"Receb İvedik" Nihat Hatipoğlundan şikayətləndi: "Bu, çox açıq şəkildə uşaq istismarıdır"

img

04-04-2023 [11:21]


Receb İvedik kimi tanıdığımız məşhur komediya ustası Şahan Gökbakar 8 yaşlı qızı efirə çxıararaq duyğularla oynayan Nihat Hatipoğlundan şikayətlənib.

Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında paylaşım edib.

Şahan Gökbakar Nihat Hatipoğlunun ATV-də yayımlanan verilişində azyaşlı bir qızın ağlaya-ağlaya "atam bizi atıb gedib, ona görə oruc tuturam ki, o, geri qayıtsın" sözlərinə etiraz edib.

Aktyor bildirib ki, Türkiyə Radio və Televizya Üst Qurumu (RÜTK) bu məsələyə reaksiya verməlidir: "Bu, çox açıq şəkildə uşaq istismarıdır. Bu uşağa bunu etməyə kimsənin haqqı yoxdur. RTÜK buna necə icazə verir?".

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR