Müxalifləri ölümlə təhdid edən şəxs gərginlk yaratdı - Vəkil "bu həyasız adamın cəzalandırılması üçün hər şeyi edəcəyik" dedi

img

29-03-2023 [22:39]


Türkiyə 2023-cü il mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri hər keçən gün ölkədə gərginliyi artırır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Batmanda küçə reportajında yaşlıı bir dindar kişinin müxalif liderlərini ölümlə hədələməsi isə "bardağı daşıran" hadisəyə çevrilib.

Haberler.com-un məlumatına görə, adı açıqlanmayan həmin dindar özünü "Hizbullahç"ı kimi qələmə verərək, müxalifət partiyalarını təhqir və təhdid edib. O, bir az da qabağa gedərək “müxalif liderləri dəstəkləyənlər də onlar kimi kafirdir. Kamal Kılıçdaroğlunu Meral Akşeneri və Millət İttifaqı liderlərinə qarşı cihada hazırıq, onlaırn başlarını kəsəcəyik”, - sözlərini xəbərdarlığını dilə gətirib.

Məsələyə Kılıçdaroğlunun vəkili Cəlal Çelik dərhal reaksiya verib. O, sosial şəbəkə hesabında yazıb ki, bu zat barədə hüququ addımlar atılacaq: "Bu həyasız adam haqqında dərhal lazım olanı hər şeyi edirik. Əmin olun ki, onun ən ağır şəkildə cəzalandırılmasını təmin edəcəyik! Bu cür əxlaqsızları rahat buraxmayacağıq!".

Digıər siyasi partiyalarda dərhal həmin adamın həbsini tələb ediblər.

Samir Musayev

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR