Əvəz Zeynallı hakim qarşısında: 3 icra başçısı şahid kimi ifadə verəcək
27-03-2023 [17:09]
“Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Mia.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi üzrə dövlət ittihamını Baş Prokurorluğun İttiham İdarəsinin böyük prokuroru Eldar Həmzə müdafiə edir.
Prosesdə həm Əvəz Zeynallının, həm də Elnur Şükürovun vəkilləri bir sıra vəsatətlərlə çıxış ediblər.
Vəkillər təqsirləndirilən şəxslərlə bağlı cinayət təqibinə xitam verilməsini, əks halda isə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsini istəyiblər. Müdafiə tərəfinin digər vəsatətləri isə təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərin yanında əyləşməsi və iclasın tutumu daha böyük olan zalda keçirilməsi ilə bağlı olub.
Təqsirləndirilən Elnur Şükürovun hüquqlarını müdafiə edən Ramil Əliyev bildirib ki, bir ay əvvələ qədər Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini olmuş, bir müddət əvvəl isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəisi təyin edilmiş Mehman Hümbətov Elnur Şükürovdan Əvəz Zeynallının əleyhinə ifadə verməsini istəyib.
Həm Elnur Şükürovun, həm Əvəz Zeynallının vəkilləri vəsatət qaldıraraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Mehman Hümbətov barəsində xüsusi qərar çıxarılmasını istəyiblər.
Əvəz Zeynallı sözügedən vəsatətə münasibət bildirərək onunla birlikdə tutulmuş, hazırda ev dustaqlığında olan vəkil Elçin Sadıqovdan danışıb: “Məni Elçin Sadıqovla birlikdə tutublar, eyni maddələrlə ittiham olunuruq. Bəs indi hardadır Elçin? Niyə tutulmuşdu? Elçin vəkilim olub, mən 15 il onunla fəxr eləmişəm, axırı gəldi belə oldu. Elçin ifadəsində deyib ki, mən danışmaması və yazmaması üçün Rasim Məmmədovun arvadından pul alıb Əvəzə vermişəm. Baş prokurorun müavini Elçin Məmmədov Elçin Sadıqova dedi ki, Əvəzin əleyhinə ifadə ver get, o deyiləni edib getdi. Sonra da onu aradan çıxardılar”.
Prokuror bu məsələyə qısa münasibət bildirərək Elçin Sadıqovla bağlı cinayət işinin ayrıldığını, hazırda istintaqın davam etdiyini bildirib.
Eldar Həmzə Əvəz Zeynallının Baş Prokurorluğun fəaliyyəti barəsində tənqidi fikirlərini davam etdirməsinə də cavab verib. Prokuror Əvəz Zeynallıya müraciət edərək təmsil etdiyi qurumu təhqir etməkdən çəkinməyə çağırıb.
Prosesin gedişində o da məlum olub ki, ittiham olunan Elnur Şükürovla bağlı cinayət işində Bakının Sabunçu rayonunun icra başçısı Adil Vəliyev, Suraxanı rayonunun icra başçısı Əziz Əzizov və Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov şahid qismində tanınıb. Təqsirləndirilən şəxsin qeyd olunan icra başçılarını rüşvət verməyə təhrik etdiyi iddia olunur.
Prokuror qaldırılan bütün vəsatətlərin rədd edilməsini, təqsirləndirilən şəxslərin həbsinin davamına qərar verilməklə cinayət işinin baxışa təyin olunmasını istəyib.
Məhkəmənin qərarı ilə prosesin geniş zalda keçirilməsi ilə bağlı vəsatət təmin edilib. Təqsirləndirilən şəxslərlə bağlı cinayət təqibinə xitam verilməsi və həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət isə rədd olunub.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Mehman Hümbətovla bağlı xüsusi qərar qəbul olunması ilə bağlı vəsatət bu mərhələdə baxılmamış saxlanılıb.
İş üzrə baxış iclası aprelin 10-na təyin olunub.
Xatırladaq ki, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynalovun ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynalov və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
MİA.AZ
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır