"Receb İvedik"dən "Qızıl Aypara" sədrinə çağırış: "İstefa üçün çox yaxşı gündür..." - FOTO

img

14-03-2023 [16:02]


Zəlzələ vaxtı minlərlə insan çöldə soyuqdan donarkən 46 milyonluq çadır satan "Qızıl Aypara" sədri Kerem Kınıka istefa çağırışları hər keçən gün artır.

Mia.az xəbər verir ki, onu israrla istefaya səsləyənlərdən biri də hamının "Receb İvedik" kimi tanıdığı Şahan Gökbakardır.

Bir neçə gün əvvəl paylaşım edərək, "Qızıl Aypara" sədrinin öz oğluna da cəmiyyətdə yüksək maaşlı iş verrməsinə, özünə də həddən artıq yüksək maaş, limitsiz xərcləmə vəsaiti ayırmasına üsyan edən "Receb İvedik" bu faktlarla bağlı cinayət işi açılmasını tələb edib. Lakin "Qızıl Aypara" sədri məşhur komediya aktyoruna elə sosial şəbəkə vasitəsi ilə cavab verərək, istefaya getməyəcəyini yazıb. O, üstəlik, aktyoru məhkəmə ilə hədələyib.

Maraqlı budur ki, tərəflərin "dartışması" bununla bitməyib.

Bu gün növbəti paylaşım edən Receb İvedik Kerem Kınıkın fotosunu yayaraq yazıb: "İstefa üçün çox yaxşı gündür, Kerem. Üzr istə və istefa ver...".

Onlar arasındakı "deyişmə tvitləri"ni də təqdim edirik:

Lamiyə

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR