Binəli Yıldırım Ərbakanın oğlunun qadınlarla bağlı yalanını çıxardı: "Heç bu mövzuda danışmamışıq da" - Nazir də açıqlama verdi

img

13-03-2023 [15:35]


Nəcməddin Ərbakanın oğlu Fatih ərbakanın sədrlik etdiyi Yenidən Rifah Partiyasının sədr müavini Doğan Aydalın Haberturk TV-də "AKP bizim 30 maddəlik tələbimizi qəbul etdi" açıqlaması Türkiyədə böyük mübahisələrə səbəb verib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, 30 maddəılik tələbin içində olan qadın haqları ilə bağlı 6284 saylı qanunun ləğvi barədə tələbin də yer alması, nəinki Türkiyə müxalifətinin, cəmiyyətinin, hətta dünyanın əksər ölkələrinin mediasında müzakirəyə çıxarılıb.

Məlkumat üçün qeyd edək ki, Türkiyə müxalifəti və toplumunun mütləq əksəriyyəti  bu qanunun ləğvini qəbuledilməz sayıb.

 

Doğan Aydal

Türkiyə  Ailə və Sosial Xidmətlər naziri Derya Yanık Fatih Ərbakanın müavinin sözlərinin qəbuleidlməz olduğunu deyib. O, Tvitter hesabında paylaşım edərək yazıb ki, 6284 saylı qanun qadınların qorunması baxımından mühüm əhəmiyyət daşıyır: "Bu qanunun varlığının müzakirəyə açıq olması belə, bizim üçün qəbuledilməzdir".

Aydalın iddiasını AK Partiya adından Yenidən Rifah Partiyasının sədri ilə görüşən Binəli Yıldırım da cavabsız buraxmayıb.

Yıldırım bildirib ki, Yenidən Rifah Partiyasına nəzakət səfəri zamanı belə bir məsələ müzakirə edilməyib: "Biz, ümumiyyətlə, bu mövzular ətrafında heç danışmamışıq".

Xatırladaq ki, 6284 saylı qanun qadınların, uşaqların, ailənin təqib olunan üzvlərinin qorunması və onlara qarşı zorakılığın qarşısının alınması üçün tətbiq olunan layihədir. Bu qanuna əsasən, təqib olunan qadın və uşaqları dövlət tərəfindən qorunmaya alınır, hətta gərəkirsə, onlar ayrıca yaşayış yeri ilə təmin  olunur. Bundan əlavə, qadınlar və onların uşaqlaırnın həyatlarına ərləri tərəfindən təhlükə olarsa, onların ad-soyadlarının dəyişdirilərək, yeni kimliklə cəmiyyətə adaptasiyasına belə dəstək verilir.

Onu da qeyd edək ki, Ərbakanın oğlu kiçik Ərbakan prezident seçkilərində Ərdoğanı dəstəkləyəcəklərini bildirib. 

Doğan Aydal isə açıqlamasında təmsil olunduğu partiyanın Ərdoğanın lideri olduğu Cumhur İttifaqına rəsmən qoşulması barədə suala cavabda deyib ki, bunun üçün AK Partiyaya 30 şərt irəli sürüblər və bunların hamısı qəbul edilib. Bu səbəbdən, o, ittifaqa qoşularaq, parlament seçkilərində də birgə hərəkət edəcəklərinin siqnalını verib.  

Lamiyə Əhmədli

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR