Joze Mourinyo təklif gözləyir: "Çox fasilə vermədən işləmək istəyirəm"

img

03-05-2024 [00:18]


2024-cü il yanvarın 16-da "Roma"nın baş məşqçisi vəzifəsindən ayrılan Joze Mourinyo özünə yeni klub axtarır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə onun özü açıqlama verb.

Məşhur məşqçi yeni komanda ilə meydana çıxmaqdan yana səbirsizləndiyini gizlətməyib: "Hələ təkliflər yoxdur. Nə olacağını bilmirəm. Çətin karyeram olub. Bilirəm ki, qazanmaq üçün yaradılmayan komandaları insanlar məndən həmişə qələbə gözləyirlər. Son iki ildə iki dəfə avrokubokların finalında oynamışam. Çox fasilə vermədən işləmək istəyirəm. Bunu etmədən xoşbəxt ola bilmərəm. Amma harada?! Hələlik bunu bilmirəm, amma yaxşı məşq şəraiti olan istənilən klubda işləyə bilərəm”. 

O, mətbuatda yayılan xəbərlərin əksinə olaraq heç bir Portuqaliya klubundan təklif almadığını da sözlərinə əlavə edib. 

Xatırladaq ki, karyerasında iki dəfə Çempionlar Liqasının, bir dəfə Avropa Liqasının kubokunu qazanan Mourinyo İngiltərə Premyer Liqasında 3, İtaliya A Seriyasında 2, İspaniya La Liqasında isə 1 çempionluq yaşayıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR