Gürcüstanda azərbaycanlı aparıcı yaxasına "türk rozeti" taxdı və canlı yayımda "başınız sağ olsun, qardaş Türkiyə!" dedi

img

08-02-2023 [21:18]


Gürcistanda azərbaycanlıların kompat yaşadığı Marneulidə yayımlanan TV-də Türkiyədəki zəlzələ ilə bağlı xəbəri səsləndirən aparıcının sözləri qardaş ölkədə diqqəti çəkib.

Mia.az xəbər verir ki, "Aktual xəbərləri"n azərbaycanlı aparıcısının yaxasına "türk rozeti"ni taxaraq zəlzələ xəbərini səsləndirməsi qardaş ölkədə minnətdarlıq hissi ilə paylaşılıb.

Xatırladaq ki, xəbərin aparıcısı zəlzələ xəbəırini təqdim etdikdən sonra belə deyib: "Başınız sağ olsun, qardaş Türkiyə. Acınız acımızdır, kədəriniz kədərimizdir. Bütün qəlbimizlə sizin yanınızdayıq".

Məlumat üçün onu da bildirək ki, iki gündür Marneulidə Türkiyəyə yardım  toplanır.

Bundan başqa, Gürcüstan dövləti qardaş ölkəyə 100 nəfərlik xilasetmə qrupu göndərib.

Samir Musayev,

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq