"Neftçi"nin şikayəti təmin olunmayıb

"Neftçi"nin şikayəti təmin olunmayıb

İDMAN

02.02.2023, 18:03

Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətini təmin etməyib.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin ötən il dekabrın 15-də I Divizionda çıxış edən "Neftçi-2" komandasının baş məşqçisi Rəşad Abdullayev barəsində verdiyi 5 oyunluq kənarlaşdırma cəzası və 400 manatlıq cərimə qüvvədə saxlanılıb.

Qeyd edək ki, Abdullayev "Araz Naxçıvan"la XIV tur matçında 58-ci dəqiqəsində hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə alıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR