Məşhur türk qəssabın restoranda qiymətlər "əl yandırır": 1190 dollara bir pors yemək olar? - Nüsrət müştərisiz qalıb

img

01-02-2023 [17:33]


Dünyaca tanınan məşhur türk qəssabı Nusret Gökçənin Nyu-Yorkda yerləşən restoranı "ağzı gün"ə qalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu da amerikalı sosial şəbəkə fenomenni n lağ-lağına səbəb olub.

Axşamüstü saat 6-da restoran gedən Simon Metin adlı tiktoker restoranın müştərisiz görürəkən təəccüblənib. O, ironiya ilə "bura çox məşğuldur" deyərək restorandakı yeməklərin qiymətlərinin onu şoka saldığını deyib: "Gözüm məni aldadır? Bu qiymətlər real ola bilməz. Menyudakı ətlərin qiymətləri 100-1190 dollar arasında dəyişir. Bu, dəhşətdir".

Xatırladaq ki, Nüsrətin dünyanın bir çox çəmhur şəhərlərində restoranları var.

Ləman, 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR