Ölkəmizdə neçə provayder internet xidməti göstərir? - Osman Gündüz yazır
24-01-2023 [16:47]
Osman Gündüz
***
Provayderlər haqqında, onların xidmətləri və əhatə dairəsi haqqında məlumatı haradan əldə etmək olar?
Dərhal qeyd edim ki, provayderlərin sayı haqqında dəqiq məlumat heç yerdə yoxdur.
Bizim müşahidələrimiz göstərir ki , ölkəmizdə təxminən 90 -dan çox provayder fəaliyyət göstərir.
Bunların içərisində 2 magistral (backbone) provayder, 2 dövlət provayderi, 3 mobil internet provayderi və 80-dən çox ikinci səviyyəli provayderlər var.
Hansı ki, onlar da ADSL, GPON, LTE, kabel, mobil və digər fiber-optik texnologiyalar üzərindən xidmət göstərirlər.
Provayderlərin sayı son bir-iki ildə, onlar üçün daha münbit şərait yaradılandan sonra kəskin artıb.
Belə demək mümkünsə, lisenziyalaşdırılmayan bir xidmət sahəsi olduğundan, kimsə bir şirkət qeydiyyatdan keçirir, magistral provayderdən - ya DeltaTelekom-dan, yaxud da Azertelecom-dan müqavilə bağlayaraq topdan internet alır və mövcud telekommunikasiya infrastrukturundan maneəsiz istifadə edərək istifadəçilərə satır.
Provayderlərin sayı haqqında dəqiq məlumatı hələlik heç bir yerdən əldə etmək mümkün deyil.
Əvvəllər, illər öncə belə bir siyahı, təxminən 50 provayderin siyahısı Nazirliyin saytında olub.
Bir neçə il öncə provayderlərin məcburi uçotu ilə bağlı Telekommunikasiya haqqında qanuna dəyişiklik edildi və NK müvafiq Qaydaları təsdiqlədi.
Uçotun aparılması RİNN-ə tapşırıldı.
Bundan sonra həmin siyahı Nazirliyin saytından yığışdırıldı.
Adıçəkilən Qaydalar da kifayət qədər bəsit hazırlanıb, provayderdən sadəcə özü haqqında, xidmətləri və əhatə dairəsi haqqında RİNN-ə məlumat vermək tələb edilir.
Müraciət də onlayn formada nəzərdə tutulub.
2018-ci ildən uçot və qeydiyyat Qaydaları qüvvədə olsa da indiyədək mövcud provayderlərin dəqiq uçotu və siyahısı ortada yoxdur.
Görünür ki, son illərdə RİNN tərəfindən aparılan yumşaq siyasət provayderlərin sayının kəskin artmasına təsir etsə də, eyni zamanda onların uçotdan yayınmasına da səbəb olub.
Uçotdan yayınmağın cəriməsi isə 1000-1500 manat müəyyən edilib.
Hələlik belə bir cərimə haqqında da məlumatlar verilməyib.
Bildiyim qədər Nazirlik indi belə bir siyahının hazırlanması üzərində işləyir.
Düşünürəm ki, provayderlər haqqında, onların xidmət göstərdiyi ərazi və xidmətləri haqqında dəqiq və rəsmi məlumatlara ciddi ehtiyac var.
Zaman-zaman sosial mediada onlar haqqında, göstərdikləri xidmətlərin keyfiyyətsizliyi haqqında çoxsaylı şikayətlər müşahidə olunur. Bizə də bununla bağlı çox müraciətlər olur.
Provayderlər haqqında məlumatlar istifadəçilər və maraqlı tərəflər üçün həm şikayət və müraciətlər üçün, həm də xidmətlərdən imtina və yeni provayderin və ya yeni xidmətlərin seçimi üçün mühüm əhəmiyyət kəsb edir.
Ümid edirəm RİNN tez bir zamanda ölkəmizdə fəaliyyət göstərən bütün provayderlər haqqında uçot işlərini yekunlaşdıracaq və bu siyahını açıqlayacaq.
Mia.az
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq