Əliyev Putinə məktub göndərdi: "Uşaqların və böyüklərin həlak olması xəbəri məni çox sarsıtdı"

img

26-09-2022 [22:11]


Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə İjevsk şəhərində məktəbdə baş vermiş atışmada insan ölümü ilə bağlı başsağlığı verib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

İjevsk şəhərində 88 saylı məktəbdə baş verən atışma nəticəsində uşaqların və böyüklərin həlak olması xəbəri məni çox sarsıtdı.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayıram".

Digər xəbərlər
SON XƏBƏRLƏR