Səlim Müslümov hakim qarşısında: şahidlər nə deyir?
26-09-2022 [21:55]
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Milia.az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid İbad İsmayılov bildirib ki, 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyib.
"Sonradan Qarabağ əlillərinə tikilən binalarda işləmişəm. Nazirliyin tikilməkdə olan obyektlərinə Natiq Əzizov rəhbərlik edirdi. Mənə təklif etdilər ki, sənin adına şirkətlər açaq, tenderlərdə iştirak edək. Mənim adıma 3 şirkət açdılar. "Tala", "Tala-1" və "Tala-2" şirkətlərini yaratdıq, mən də həmin şirkətlərə rəhbərlik edirdim. 2015-ci ildə devalvasiya oldu və vəsait çatışmazlığı yarandı. Bizə dedilər ki, hər evin müəyyən xərcləri var, hər ev üçün nazirliyin tikinti idarəsinə 6 min manat verirdik. Orada Toma xanım var idi, pulu ona verirdik, daha sonra Natiq müəllimə verdim. Birinci dəfə Qazax rayonunda 6 ev, ikinci mərhələdə isə 16 ev tikmişəm. Ümumilikdə, o evlərə görə Natiq Əzizova 132 min manat vermişəm. Əvvəl hər 3 şirkət mənim adıma olub. Sonradan tenderdə gəlib dedilər ki, bir adam 3 şirkətlə tenderdə iştirak edə bilməz. Mən də ona görə məcbur olub şirkətin birini yoldaşımın adına keçirdim. Birinci tenderdə bir evin qiyməti 54 min, ikinci mərhələdə 68 min oldu. O evlərin hər birinin xərci 42 min manat idi, qalanı qazanc idi", - deyə o qeyd edib.
Digər şahid İlqar Mustafayev isə deyib ki, suvarma sistemlərində qaynaqçı işləyir. Bildirib ki, 2014-cü ildə onu aldadıb ağ kağıza qol çəkdiriblər: "2021-ci ildə məni çağırıb dedirlər ki, sən şirkət rəhbəri olmusan, rəhbərlik etdiyim "Tunar MMC" evlər inşa edib. Mənim heç nədən xəbərim olmayıb. Mənə heç kim deməyib ki, nə məsələdir. İstintaqda bildim ki, mənim şirkətim olub. Şirkətə kim rəhbərlik edib, kim ev tikib xəbərim yoxdur".
Digər şahid Bəylər Musayev isə bildirib ki, onun adına "Şəki Construction" MMC təsis olunub: "Suvarma idarəsində işləmişəm, fəhlə adamam, dedilər bu kağızı imzala, mən də imzaladım. Mənim bu şirkətlə heç bir işim olmayıb. Şirkətin şəhid ailələri üçün evlər inşa etdiyini eşitmişdim".
Məhkəmədə ifadə verən şahid, Əmək və Əhalinin Sosial Müdafiə Nazirlyinin təsərrüfat şöbəsinin müdiri Pərviz Qarayev isə ifadəsində bildirib ki, əvvəllər bizneslə məşğul olub, 2014-cü ildən isə sözügedən nazirlikdə şöbə müdiri vəzifəsinə təyin edilib. Nazirliyin tikilməkdə olan obyektlərinin idarə rəisi Natiq Əzizovun tələbə yoldaşı olub.
P.Qarayevin adına 17 şirkət açılıb. Tenderlərdə iştirak etmək üçün şirkətlər özünün və yaxınlarının adına təsis olunub: "Mənim firmalarla birbaşa əlaqəm olmayıb. Gördüyüm işlərə görə nazirliyin özünün mənə borcu olub. 181 manat borc bu gün də ödənilməyib".
Proses oktyabrın 3-də davam etdiriləcək.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Səlim Müslümov ibtidai istintaq zamanı cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.
Milli.Az
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib