Azərbaycanda kibertəhlükəsizliklə bağlı beynəlxalq konfrans keçiriləcək

img

15-09-2022 [12:43]


Azərbaycanın ən böyük kibertəhlükəsizlik şirkətlərindən olan PROSOL, sentyabrın 21-22-də ikinci dəfə “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunan tədbirə ev sahibliyi edəcək.

Mia.az xəbər verir ki, iki gün davam edəcək konfrans yerli və əcnəbi mütəxəssisləri bir araya gətirəcək.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda inkişaf etməkdə olan kibertəhlükəsizlik mühütinin daha da dayanaqlı xarakter almasına böyük töhfə olmaqdır.

Belə ki, tədbirdə İsrail, Türkiyə, ABŞ, Ukrayna, Latviya, BƏƏ kimi ölkələrdən kiber mütəxəssislər, həmçinin Nozomi, CheckPoint, SocRadar, Crowdstrike, Palo Alto Networks, Avnon Group, Nubs Group, Agritask, Pyramid Analytics, See Security, MONT, Elcore, Bakotech, Softprom kimi qlobal və regional şirkətlər, o cümlədən yerli tərəfdaşlar bir araya gələcək.

Tədbirdə texnoloji təkmilləşmənin yarada biləcəyi hədələr və onlara qarşı mübarizə üsulları barədə məlumat mübadiləsi üçün uğurlu platforma təmin ediləcək.

İkinci gündə PROSOL Şirkəti ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə CTF (Capture the Flag - Bayrağı Ələ Keçirt) yarışı təşkil olunacaqdır. Yarışda bu sahədə çalışan gənc mütəxəssislər öz bilik və bacarıqlarını sınaqdan keçirəcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR