"Bakcell" qazi və şəhid övladları üçün kurslar təşkil edib

img

12-08-2022 [11:54]


"Bakcell" MMC-nin şəhid və qazi övladları üçün təşkil etdiyi ödənişsiz ingilis dili kursları başa çatıb.

Mia.az xəbər verir ki, “You Will Speak” təşkilatı ilə birlikdə həyata keçirilən layihədə müxtəlif bölgələrdən 50 uşaq iştirak edib. 8 ay müddətində onlayn keçirilən ingilis dili kurslarının sonunda uşaqların ingilis dili bilikləri qiymətləndirilib.

"Bakcell" şirkəti uşaqların inkişafını və təhsilini dəstəkləyən bir çox sosial məsuliyyət layihələri həyata keçirir.

Şirkətin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentindən bildirilib: “Müharibədən əziyyət çəkən uşaqlara qayğı və diqqət bizim Korporativ Sosial Məsuliyyət proqramımızın əsas istiqamətlərindən birini təşkil edir. Bakcell şirkəti bu sahədə bir neçə layihə həyata keçirir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:45 07.10.2022

Paşinyan Rusiyaya gedib