Dövlət Komitəsi: "Səfirliyin binasında vandal əməllərə yol verənlər öz layiqli cəzalarını alacaqlar"
SİYASƏT
05.08.2022, 18:50
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanın Britaniyadakı səfirliyinə hücum edilməsi ilə bağlı açıqlama yayıb.
Dövlət Komitəsindən a daxil olan məlumatda bildirilir:
"Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin 2022-ci il avqustun 4-də bir qrup radikal dini dəstənin hücumuna məruz qalmasını, barbar və vandal düşüncənin təsiri altında olan qaragürüh dəstənin üzvlərinin Səfirliyin yerləşdiyi binanın eyvanında üzərində şüarlar olan parçaların qaldırmasını və radikal dini şüarlarla çıxış etməsini kəskin şəkildə pisləyirik.
İslam dininə və onun ali dəyərlərinə zidd olaraq öz çirkin məqsədlərinə çatmaq üçün bu tip əməllərə yol verənlər bununla İslam dininə zərbə vurmuş olurlar. Mütərəqqi islami dəyərlərə həqarətlə yanaşıb din adından sui-istifadə edənlərin heç bir mənəvi-əxlaqi, hüquqi normalara sığmayan hərəkətləri Azərbaycan cəmiyyəti, dini cameəsi, o cümlədən ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar tərəfindən də qətiyyətlə pislənilir. İslam dünyasının bir parçası olan Azərbaycan dünyəvi dövlətdir.
Ölkəmizdə dinimizə, islami dəyərlərə hərtərəfli diqqət, qayğı göstərilir. Dini etiqad azadlığının, multimədəni harmoniyanın əsas təminatçısı, milli-mənəvi dəyərlərin hamisi olan Prezident İlham Əliyev vətəndaşların dini inanclarının qorunmasını daim prioritet vəzifə kimi qarşıya qoymuşdur. Tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkəmizin dövlət-din modeli özündə İslam dünyasının ən unikal və mütərəqqi dəyərlərini birləşdirir, xalqımızın və dövlətimizin inkişafına maneçilik törədə biləcək dini fanatizmi, radikalizmi və ekstremizmi rədd edir. İstər məzhəblər, istərsə də dinlərarası münasibətlərin səviyyəsinə görə Azərbaycan həm Şərq, həm də Qərb üçün uğurlu örnəkdir. Bu gün ölkəmizin dünyada mədəniyyətlər və dinlərarası dialoqun aktiv təşkilatçısı olduğu beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən etiraf olunan həqiqətdir. Heç bir dini qrup və dini cərəyan Azərbaycanın beynəlxalq aləmdəki bu imicinə və böyük iradə tələb edən fəaliyyətinin nəticəsinə xələl gətirə bilməz.
Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında din pərdəsi altında törədilən, heç bir dini əqidəyə sığmayan, hüquqa zidd avantürist hadisəyə Azərbaycan hökumətinin münasibəti ifadə olunmuşdur. Belə təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz və əminik ki, tez bir zamanda xalqımızın şərəf və qürur abidəsi sayılan bayrağımıza hörmətsizlik edənlər, Səfirliyin binasında vandal əməllərə yol verənlər öz layiqli cəzalarını alacaqlar".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Baş katib: "Avropa, ABŞ və Ukraynanın razılığa gəlməsi müsbət haldır"
Bugün, 00:11 DÜNYA
-
Daha bir serial efirlə vidalaşdı - Səbəb
Bugün, 00:06 MƏDƏNİYYƏT
-
Badamdarda sürüşmə - Əhali təxliyə olunur (Yenilənib)
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
YAP: 34 illik zəngin siyasi irs və yeni dövrün strateji hədəfləri - Vüqar Rəhimzadə yazır
19.11.2026, 23:29 SİYASƏT
-
Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasında - FOTOLAR
19.11.2026, 23:29 GÜNDƏM
-
NATO Baş katibi: "Nüvə silahına sahib ölkə liderləri bir araya gəlməlidir"
19.11.2026, 21:50 DÜNYA
-
445 min manatlıq mübahisəli iş - Axtarışda olan Zinyət Səfərova Türkiyədə tutulub
19.11.2026, 21:39 KRİMİNAL
-
Emin Əmrullayev: "Əminəm ki, Məleykə xanımın zəngin idarəçilik təcrübəsi və..." - FOTOLAR
19.11.2026, 21:17 GÜNDƏM
-
"Qalatasaray"ın futbolçusu Almaniya komandasının "radar"ında - Transfer baş tutacaqmı?
19.11.2026, 20:56 İDMAN
-
İran: "Biz artıq ABŞ-ın quru əməliyyatına başlamasını gözləyirik"
19.11.2026, 20:11 DÜNYA
-
PUTİN ÇİNDƏN ELƏ MESAJLAR VERDİ Kİ... - "Avropa 90-cı illərin təhlükəsizlik nizamı ilə bağlı şərtləri gözləməsin, bu, daha məntiqli deyil"
19.11.2026, 19:55 GÜNDƏM
-
MHP sədri: "Türkiyə yeni bir güc qütbüdür" - "Türkiyə və Ərdoğanı gözardı etmək olmaz"
19.11.2026, 19:33 SİYASƏT
-
AzTV böyük dəyişikliklərə hazırlaşır
19.11.2026, 19:16 PRESS
-
"Unikal"ın əməkdaşına vəzifə verildi
19.11.2026, 19:02 PRESS
-
Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib
19.11.2026, 18:32 PRESS
-
"Fənərbağça" "Kocaelispor" matçına hazırlaşır
19.11.2026, 18:08 İDMAN
-
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
19.11.2026, 18:02 GÜNDƏM
-
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub - FOTO
19.11.2026, 17:46 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Vyetnama rəsmi səfər edib - FOTOLAR (YENİLƏNİB)
19.11.2026, 17:18 GÜNDƏM
-
“Azərişıq” sədri bu şəbəkəyə müdir təyin etdi
19.11.2026, 17:16 CƏMİYYƏT
-
Emin Əmrullayev Məleykə Abbaszadəni BDU-da kollektivə təqdim edib
19.11.2026, 17:05 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
19.11.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah Bakıda və rayonlarda külək güclənəcək - DAHA BİR XƏBƏRDARLIQ
19.11.2026, 16:33 GÜNDƏM
-
XİN-də mühüm posta rəis təyinatı oldu
19.11.2026, 16:26 SİYASƏT
-
Türkiyədə daha 9 bələdiyyə sədri Ərdoğanın partiyasına keçdi
19.11.2026, 16:13 DÜNYA
-
Bakıda kuryoz hadisə: İşçini pişik dişlədi, baş direktor 2 min cərimləndi
19.11.2026, 16:12 CƏMİYYƏT
-
Bakıda yanğın təhlükəli mebel mağazasının fəaliyyəti dayandırılıb -VİDEO
19.11.2026, 16:01 CƏMİYYƏT
-
Sabah Bakıda leysan yağacaq - Xəbərdarlıq
19.11.2026, 15:54 GÜNDƏM
-
İylənmiş ət satışının qarşısı alınıb
19.11.2026, 15:47 İQTİSADİYYAT
-
PUTİN, TRAMP və Sİ CİNPİN ARASINDA 1.5 SAAT SÜRƏN QAPALI GÖRÜŞ: ilk açıqlamalar... - VİDEOLAR (Yenilənib)
19.11.2026, 15:42 GÜNDƏM
-
İndi atalar uşaqlarının yanında pərt olmurlar... - Seymur Verdizadə yazır
19.11.2026, 15:17 YAZARLAR
-
Deputatın "Ay rəhmətliyin oğlu, o dirək aşsa, maşındakıar həlak olsalar, canını hara qoyacaqsan?" dediyi hadisə Astarada baş verdi - Heyvanlar öldü + FOTOLAR
19.11.2026, 15:12 CƏMİYYƏT
-
QHT işi: Bəşir Süleymanlıya hökm oxunub
19.11.2026, 15:12 SİYASƏT