Vəkil Elçin Qəmbərov ev dustaqlığına buraxılıb

img

04-08-2022 [17:46]


Həbsdə olan vəkil Elçin Qəmbərov barəsində həbs-qətimkan tədbiri dəyişdirilib.

Mia.az gununsesi.info-ya istinadla xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Elçin Qəmbərov ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, Elçin Qəmbərov Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq) maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilir.

178.4-cü maddə etibardan sui-istifadə və ya aldatma yolu ilə xüsusilə külli miqdarda vəsaitin dələduzluq yolu ilə ələ keçirilməsinə görə məsuliyyət nəzərdə tutur.
E. Qəmbərov 500.000 (beş yüz min) manatdan yuxarı məbləğdə vəsaiti mənimsəmədə ittiham edilir.

Xatırladaq ki, Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq orqanının vəsatəti əsasında Elçin Qəmbərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:21 18.08.2022

Qorxulu adamlar...