NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: GÖRÜLƏN İŞLƏR VƏ UĞURLU NƏTİCƏLƏR - İqtisad üzrə fəlsəfə doktoru yazır
24-07-2022 [11:01]
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
***
Təhsilin etibarlılığı üçün görülən işlər bütövlükdə cəmiyyətin işıqlı gələcəyi üçün əsas amildir. Məqsədyönlü, düşünülmüş, dürüst hesablanmış və doğru qərar verilməklə, həyata keçirilmiş olan tədbirlər təhsilin aparıcı qüvvəsi olan tələbələrin və gələcəyin əsas daşıyıcıları kimi gənclərin ixtisaslaşmasına, dünyagörüşünə, mütəxəssis olaraq formalaşmasına xidmət etməkdədir.
Məhz Naxçıvan Dövlət Universitetinin dövlətimizin hərtərəfli qayğısı ilə son illərdə uğurla həyata keçirdiyi islahatlarda, reallaşdırmış olduğu layihələrdə və beynəlxalq əməkdaşlıqlarında bu dəyərləri görə bilərik.
Bu gün inkişaf etmiş ölkələrin üstünlük vermiş olduqları ali təhsil şəbəkəsi öz əhatəsində daha çox milli iqtisadiyyatlar üçün səmərəli olacaq, sosial sferaların hərəkətliliyinə təkan verəcək, nəzəriyyədən təcrübəyə düzgün keçidin elmi əsaslarını gətirə biləcək mexanizmlərin işləkliyinə təminat yaradacaq, bu sahədə ixtisaslı kadr hazırlığından ibarət olan təhsil strategiyasına üstünlük verirlər. Bunun üçün isə təhsil sahəsində yeni idarəetmə, islahatlar və təşkilatlanmalar aktuallığı ilə seçilməkdədir. Birtərəfli inkişafdan şaxələndirilmiş perspektivlərə, məqsədyönlülükdən alternativliyə, kəmiyyətdən keyfiyyətə və digər bu kimi dəyərlərə yer verən tədbirlər çoxluğunda təhsil siyasətinin üstünlükləri özünü qabarıq olmaqla, göstərməkdədir. Bu istiqamətdə Naxçıvan Dövlət Universitetinin rolu, mövqeyi və etibarlı təsisatları diqqət çəkməkdədir.
Dayanıqlı iqtisadi inkişaf zəminində sosial rifahın çox mühüm amillərindən birini də təhsil sektorunun doğru idarə olunması təşkil etməkdədir. Qeyd olunanları əsas tutaraq, beynəlxalq əməkdaşlıqların qurulması, onun dayanıqlılığının təmin olunması, ən əsası, yeni mərhələlərə yol açması Naxçıvan Dövlət Universitetinin qazanmış olduğu uğurlar içərisindədir.
Universitetimizin Rektoru hörmətli Elbrus İsayevin başçılıq etdiyi nümayəndə heyətinin hələ 8-16 iyul 2021-ci il tarixlərində qardaş Türkiyə Cümhuriyyətinə səfəri zamanı Türkiyə Ali Təhsil Şurasında və Çankırı Karatekin, Ankara, Orta Doğu Teknik, Qazi, Hacı Bayram Vəli, İstanbul Texnik, Yıldız Texnik Universitetlərində əhəmiyyətli görüşləri baş tutmuşdur. Olduqca məhsuldar keçən səfər çərçivəsində qardaş ölkə ilə ümumi mənada məhz etibarlı tədrisin və elmi-tədqiqatların intensivliyi istiqamətində razılaşmalar əldə olunmuşdur. Onlardan ikili diplom layihələrinin reallaşması, tələbə və müəllim mobilliyinin təmin olunması, eyni zamanda, təcrübə mübadiləsinin təşkili və idarə olunması sahələri üzrə anlaşmalar artıq öz bəhrələrini verməkdədir. Bütün bunlarla, Naxçıvan Dövlət Universiteti, müasir ali təhsil şəbəkəsinin inteqrasiya, alternativlik, islahatlar, innovasiyalaşma, texnoloji əlçatanlıq, ortaq çalışmalar, birgə araşdırmalar və digər bu kimi müştərək dəyərlər üzərində qurulmasını təmin etməkdədir.
Çox sevindiricidir ki, həmin anlaşmalar universitetimizin beynəlxalq əməkdaşlıqlarına yeni nəfəs verməkdə, ona keyfiyyət göstəriciləri gətirməkdədir.
Belə ki, güclü dayaqlar üzərində əldə olunan qarşılıqlı əməkdaşlıqlarla Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müəllim və tələbələri qardaş ölkə universitetlərində yay istehsalat təcrübəsində olmuşlar. Qeyd etmək olar ki, təcrübələrdə bütövlükdə, 18 müəllim, 5 rezident və 112 tələbə olmaqla 135 nəfər iştirak iştirak edir. Təcrübədə olan tələbələrin ixtisaslarına diqqət etdikdə aydın olur ki, bunlar, cəmiyyət üzvlərinin sağlamlığı, tibb elminin aktual problemlərinin araşdırılması, həmçinin, bu sahələr üzrə də ortaq araşdırmalara imkan açacaq formalaşma istiqamətində təşəkkül tapmaqdadır. Bəhs olunanlar, universitetimizin Müalicə işi, Tibbi profilaktika və Stomatologiya ixtisasları üzrə tələbələrinin mütəxəssis hazırlığı sahəsindəki uğurlarını təmin edəcəkdir.
Bunlarla yanaşı, bu əməkdaşlıqlar nəticəsində ikili diplom layihəsinin də real nəticələrinin şahidləri olaraq çox qürurluyuq. Naxçıvanda ilk dəfə olaraq, İqtisadiyyat ixtisası üzrə ikili (dual) diplom proqramı ilə təhsil almaq imkanları da məhz BİR MİLLƏT İKİ DÖVLƏT anlayiışının təhsilimizə vermiş olduğu yeni ruh olacaqdır. Həmin layihə çərçivəsində təhsil alacaq tələbələr, iki il Naxçıvan Dövlət Universitetində, iki ili isə qardaş Türkiyə Cümhuriyyətinin Çankırı Karatekin Universitetində təhsilini davam etdirməklə, dörd il ərzində tam bir ixtisaslı kadr olaraq formalaşacaq və elə iki qardaş ölkənin xalqlarının rifahına xidmət etmiş olacaqlar. Məlumdur ki, Çankırı Karatekin Universiteti hörmətli Rektorumuzun 2021-ci ildə görüşlərdə olduğu Türkiyənin nüfuzlu ali məktəblərdən biridir. Bu layihələr növbəti mərhələlər üzrə də davam etdiriləcəkdir.
Təbii olaraq, bütün bunlar artıq öz səmərəli nəticələrini verməkdədir. Qardaş ölkənin Çankırı Karatekin Universiteti Naxçıvan Dövlət Universiteti ilə ikili diplom layihəsi çərçivəsində 2022-2023-cü tədris ilinin qəbul plan layihəsində İqtisadiyyat ixtisası üçün 35 yer ayırıb. Bu, artıq universitetimizin beynəlxalq əməkdaşlıqlar sahəsində əsaslarını müəyyən etdiyi perspektivlərin əlçatanlığını bir daha göstərməkdədir. Bu mərhələdən başlanmaqla, universitetlərarası münasibətlər yeni keyfiyyət mərhələsinə keçməkdədir. Gənc araşdırmaçıların hər iki təhsil prosesinə aid olan təcrübələri öyrənmələri, mübadilə etmələri və olduqca faydalı nəticələrə gəlmələri artıq daha real olacaq.
Bütün bunlarla, Naxçıvan Dövlət Universiteti dəqiqliklə müəyyən etmiş olduğu hədəflərinə böyük qətiyyətlə nail olmaqdadır. 2020-2021-ci tədris ilində ilk qəbul keçirilən tədrisi ingilis dilində olan iqtisadiyyat ixtisası artıq 2021-2022-ci tədris ilində də uğurlu nəticələr ortaya qoya bildi və 2022-2023-cü tədris ilində də qazanacağı uğurları indidən görmək olur. Bütün bunlar bir daha onu göstərir ki, istər ikili diplom layihələri, istərsə də, qarşılıqlı təcrübə mübadilələri üçün zəruri olan baza yaradılmış və möhkəmləndirilmişdir.
Cari ilin tədris sahəsindəki uğurları bu göstəricilər üzrə davam etməklə, eyni zamanda, çox böyük təşkilatçılıq, idarəetmə və modernləşmə prizmasında yanaşmanı gənclərə, tələbələrə aşılamaqdadır. Müxtəlif yaradıcı layihələrin iştirakçısı olmaqla, universitet tələbələri həyatımızın və fəaliyyətimizin çoxmüxtəlif istiqamətləri sahəsində öz bilik və bacarıqlarını səfərbər edirlər. Bunlar, təhsildə və təcrübədə keyfiyyət göstəricilərinin vəhdətindən irəli gələn və yeni təsrrüfatçılıq imkanları təmin etmiş olan layihələrin real ifadə formasıdır. Belə ki, Naxçıvan Dövlət Universitetinin tələbələri bu layihələrdə iştirak etməklə, həm də öz iqtisadi və idarəetmə sahələri üzrə bilik və bacarıqlarını da təkmilləşdirmiş olurlar. Layihənin mahiyyətinə diqqət etdikdə, aydın olur ki, hələ 1975-ci ildən ABŞ universitetləri tərəfindən təsis olunan “Bizim Sahibkarlıq Fəaliyyətimiz” adlı beynəlxalq proqram (Entrepreneurial Action Us - Enactus) tələbələrin azad, sərbəst ideya və təşəbbüslərə yol açacaq sahibkarlıq fəaliyyətinə təşviq olunmasında mühüm mərhələyə çevrilmişdir.
ENACTUS layihəsində uğurla təmsil olunaraq, yaradıcı təcrübələrini daha da təkmilləşdirməkdədirlər. 2022 -ci il ENACTUS Milli Yarışında Naxçıvan Dövlət Universitetinin komandası kreativliyi ilə seçilmişdir. Layihədə uğurlu təqdimatı yeni bir nailiyyətdir. Bu, hər şeydən əvvəl, sosial mahiyyətinə, iqtisadi səmərəsinə görə əhəmiyyətlidir. Bununla, tələbələr, həm də, gənc iş adamı, gənc sahibkar, gənc təsərrüfatçı, gənc menecer olaraq formalaşmasında hərəkətverici təsirə malik olur. Eyni zamanda, bu, müvafiq ideyalara etibar etməklə, sağlam biznes mühitinin dayanıqlı təsisatlarını yaratmaqdadır.
Artıq 50 ilə yaxın tarixi olan ENACTUS layihəsi müasir tədris proseslərində tələbələrin, gənclərin cəmiyyətin sosial-iqtisadi münasibətlərinin inkişafına təsiri imkanlarını daha da artırmaqdadır. Səmərəli sosial layihələrin işlənməsində, təsərrüfatçılıq imkanlarının artırılmasında və perspektivliliyinin yüksəldilməsində ENACTUS komandasının rolu özünü göstərməkdədir.
Bu layihə, inkişafın hazırkı mərhələsində çoxistiqamətli idarəetmə sahəsindəki üstünlüklərinə görə də çox aktualdır. Tələbələrin biznes mühitinə çıxışının, biznesyönümlü təşəbbüslərinin işləkliyinə təminat yaratmış olur. Bununla da, ENACTUS iqtisadi seçimdə, məhsuldarlıqda, sosial layihələrdə liderliyə doğru bir təşəbbüsdür, addımdır, fəaliyyətdir.
Bir sözlə, ENACTUS, təmsilçi universitetlərlə cəmiyyət, istehsal müəssisəsələri, təsərrüfatlar, elmi müəssisələr və yenidən universitetlər həlqəsində tələbələrin mobilliyinin, onların biliyinin, təcrübəsinin, yanaşmasının və dünyagörüşünün gerçək ifadəsi olacaq. Bu sahədə isə Naxçıvan Dövlət Universitetinin artan mövqeyini qeyd etmək olduqca zəruridir. Hörmətli Rektorumuz başda olmaqla, Naxçıvan Dövlət Universitetinin bütün kollektivini təbrik edirik.
Bu gün Naxçıvan Dövlət Universiteti məhz bu uğurlarla 2022-2023-cü tədris ilinə hazırlaşmaqdadır. Növbəti mərhələdə mövcud potensialın əhatə dairəsi daha da genişlənəcək və bu, nəzəriyyə ilə təcrübənin vəhdətini daha da sürətləndirmiş olacaq. Belə ki, universitet ərazisində tikintisi uğurla davam etdirilən Texnologiyalar Parkı bu tip layihələrin elmi mahiyyətini, nəzəri əsaslarını və təcrübəyə istiqamətlənən səmərəsini daha da artırmış olacaq. Təbii olaraq, Texnologiyalar Parkı öz bir qurumdur və iqtisadi, sosial, mədəni, texniki və digər istiqamətlər üzrə bir təcrübə mərhələsini də təşkil etmiş olacaqdır.
Mia.az
Təhdid olunan partiya sədri qətl baş verən ərazidən meydan oxudu: "Polisləri də geri çəkin!
Klub prezidenti istefa verib - Türkiyədə
"Şöşü" "Bozbash Pictures"dən və keçmişlərindən danışdı: "Pul qazanmaq lazım idi, bazarda işləyə-işləyə..." - MÜSAHİBƏ
"Everton"un baş məşqçisi istefaya göndərildi - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə kuboku: "Fənərbağça" rəqibini devirdi
Türkiyə neft hasilatını artırıb - Nazir maraqlı statistika açıqladı
İranda həbs olunan İsveçrə vətəndaşı intihar edib, yoxsa....? - Casusluq ittihamı ilə tutulmuşdu
Türkiyədə yanacaq maşını ilə minik avtomobili toqquşub - 3 nəfər hadisə yerində ölüb
Ağ Ev: "Bayden İtaliyaya səfərini ləğv edib"
Türkiyədə kriminal dəstələri silahla təmin edən 17 nəfər saxlanılıb
Şüvəlanda narkotik vasitələrin "qəbul evi" aşkarlandı - FOTOLAR
Azərbaycan Kubokunun finalı Sumqayıtda keçiriləcək
AHİK sədri özünə daha bir müşavir götürdü - Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb?
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim... - Qərar verildi
Regional Təhsil İdarəsinin 18 əməkdaşı işdən çıxarılıb
Deputat: "Bunlar normal görüntülər deyil"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Türkiyənin məşhurlarının daşınmaz əmlakları kül oldu - SİYAHI
Baş qərargah rəisi Livanın yeni prezidenti oldu
Ali Məhkəmənin keçmiş üzvü tutulub - FETÖ ittihamı ilə
Qəzzada bombardman: ata və 3 uşağı həlak olub
"Optimal Electronika" cəzalandırılıb
İlyas İsmayılov reanimasiyaya yerləşdirilib: "Bir aya yaxındır..."
Qubadlıda yük avtomobili aşıb
HƏMAS-dan Trampın “Girovları azad edin, yoxsa qiyamət qopacaq" təhdidinə cavab: "Daha..."
Azercell “İşçi Rifahı 2024” mükafatına layiq görüldü
İlqar Mustafayevlə bağlı daha bir qərar verildi
İctimai fəala ağır cəza kəsilib
Həqiqi hərbi xidmətdən tərxislə bağlı yeni mexanizm hazırlanır
Qəzzada zorlama: hər iki tərəf bir-birini ittiham edir - BMT rəsmisini tələbinə isə "yox" deyilib
Bir zamanlar ən çox maaş alan futbolçu indi yoxsul yaşayır - "Cəmi bir aya çatacaq yemək pulu qalıb"
İordan çayının qərb sahilində daha 48 fələstinlini həbs edilib
Eldar Əzizov, Taleh Qaraşov, İlqar Abbasov, Abdin Fərzəliyev, Süleyman Mikayılov... - Onlar kreslodan elə yapışıblar ki...
Meksika lideri Trampa yumorla cavab verdi: "Gəlin Şimali Amerikaya Meksika Amerikası deyək"
DİM növbəti imtahan keçirəcək
Bu gün Ərdoğanla Baxçalı görüşəcək
3 partiya birləşir - "Yeni yol"un sədri kim olacaq?
Azərbaycan İdman Akademiyasında KÜTLƏVİ İXTİSAR: 100-ə yaxın işçi vəzifədən azad edilib
Azərbaycan nefti bahalaşdı
İşgəncə cinayəti: ata və oğlu tutulub