Rəsmi Bakı İsrail-Fələstin danışıqlarına ev sahibliyi edə və... - TƏHLİL
09-01-2025 [19:54]
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşüb. Dövlət başçısının İsrail-Fələstin məsələsi ilə bağlı dedikləri xüsusi diqqət çəkir.
Azərbaycan Prezidenti İsrail-Fələstin məsələsində mövqeyimizin dəyişməz qaldığını söyləyib.
“Biz iki dövlətin yaranmasının, yəni mövcudluğunun həmişə tərəfdarı olmuşuq. Müstəqil Fələstin dövlətinin yaranması bu münaqişəyə son qoyacaq. Hesab edirəm ki, bunu hər kəs başa düşməlidir”.
Azərbaycan prinsip etibarilə həm islam ölkələri arasında, həm də bir çox ölkə ilə müqayisədə İsrail-Fələstin məsələsində (1948-də başlayıb – red.) ən konstruktiv mövqeyə malik ölkədir. Bakı antisemitist siyasət yeritmir. Xüsusilə “İsrail məhv olacaq” kimi cəfəng və gülünc bəyanatlar da vermir. Əksinə İsrail ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bununla belə, Azərbaycan islam dininə etiqad edən şəxslərin çoxluq təşkil etdiyi bir ölkədir. Yəni müsəlmanlar üçün həssas olan İsrail-Fələstin münaqişəsi və onun komponentləri olan Qəzza, Qüds məsələsi və müstəqil Fələstin dövlətinin yaranması kimi mövzularda islam coğrafiyasının zidd mövqe sərgiləmir.
Ümumiyyətlə, digər müsəlman ölkələri ilə müqayisədə Bakının İsrailə baxış bucağı daha konstruktivdir. Məntiqlə bu belə olmalıdır. Çünki ortada bir münaqişə varsa, onun həlli üçün tərəflərdən biri ilə diplomatik kanalları bağlı saxlamaqdansa, hər iki tərəflə bərabərhüquqlu və qarşılıqlı maraqlar nəzərə alınaraq təmas qurmaq lazımdır.
Prezident qeyd edib ki, Bakı illərdir Fələstin dövlətinə dəstəyini göstərir. Həm siyasi, həm mənəvi, həm maddi dəstək davam edir. İllərdir Azərbaycanda Fələstinin səfirliyi fəaliyyət göstərir. Bu çox mühüm detaldır. Çünki bir çox müsəlman ölkəsində Fələstin səfirliyi yoxdur. Rəsmi Bakının həmçinin uzun illərdir Fələstində nümayəndəliyi var.
Azərbaycan sözügedən münaqişənin həllini İsrailin bir dövlət kimi məhvində yox, beynəlxalq hüququn prinsip və normaları əsasında razılıqda görür. Bunun üçün isə ilk növbədə Azərbaycanla Ermənistan arasında vaxtilə əldə edilən atəşkəs bənzəri bir razılığa (Bişkek protokolu) nail olmaq lazımdır.
Rəsmi Bakı İsrail-Fələstin danışıqlarına ev sahibliyi edə, vasitəçilik missiyasını həyata keçirə bilər. İki tərəfi də yaxşı tanıyan, müsbət əlaqələrə malik Azərbaycanın vasitəçiliyinin uğurlu olması mümkündür.
Turan Rzayev
MİA.AZ
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb