Londonda onkologiyaya dair nəşr edilmiş kitab: fəsillərdən birinin müəllifləri Azərbaycan Tibb Universitetinin alimləridir
05-07-2022 [12:02]
Azərbaycan Tibb Universitetinin (ATU) dövrü mətbu orqanı olan “Təbib” qəzetinin 30 iyun 2022-ci il tarixli buraxılışına istinadən Böyük Britaniyanın ən qabaqcıl nəşriyyatlarından olan “IntechOpen” nəşriyyatının təşkilatçılığı ilə beynəlxalq ekspert qrupu tərəfindən ingilis dilində hazırlanmış “Lymphoma” adlı kitabın “Primary gastrointestinal lymphoma” (azərbaycan dilinə tərcümədə “Birincili mədə-bağırsaq limfoması”) fəsli nəşriyyatın xahişi ilə ATU-nun Onkologiya kafedrasının professoru t.e.d. Ramiz Bayramov (həmin kafedranın dosenti Ramilə Abdullayevanın həmmüəllifliyi ilə) tərəfindən yazılıb.
Mia.az xəbər verir ki, 40 səhifə həcmində olan fəsildə birincili mədə-bağırsaq limfomasının bütün aspektləri onkologiya elminin bu istiqamərdəki müasir nailiyyətləti nəzərə alınmaqla və müəlliflərin şəxsi təcrübələri də təhlil edilməklə hərtərəfli işıqlandırılmışdır. ATU-nun alimlərinin hazırkı beynəlxalq layihədəki iştirakı ölkəmizin tibb elminin böyük uğurlarından biri kimi qiymətləndirilə bilər.
İnternet mənbələri üzərindən apardığımız araşdırmalara görə, professor R.B.Bayramov Avropada (İspaniya, Böyük Britaniya, Avstriya və s.) keçirilən dünya konqreslərinə dəfələrlə çıxış üçün dəvətlər almış və qeyd edilən konqreslərdə çıxışlar edərək ölkəmizin elmini layiqincə təmsil etmişdir.
Qeyd etmək lazımdır ki, ATU-nun Onkoloji Klinikasında torakoabdominal cərrahiyyə şöbəsinin rəhbəri olan R.B.Bayramov bir çox ölkələrdə (Türkiyə, Rusiya, Koreya, Almaniya) ixtisaslaşma keçmiş və mədə-bağırsaq onkoloji cərrahiyyəsində cəmiyyət və tibb ictimaiyyəti tərəfindən hörmətlə tanınan peşəkar mütəxəssisdir, işlədiyi müddət ərzində minlərlə xəstənin onkoloji xəstəliklərdən sağaldılmasında müstəsna xidməti olmuş cərrah-onkoloqdur. Beynəlxalq ekspert qrupunun tərkibində hazırkı kitabın yazılması üçün müəllif kimi Böyük Britaniyadan dəvət alması R.B.Bayramovun ölkə hüdudlarından kənarda da peşəkar mütəxəssis və etibarlı alim kimi tanınmasının təzahürüdür. Bütün bunlara baxmayaraq, internet araşdırmaları zamanı diqqətimizi çəkən məqamlardan biri də o oldu ki, mədə-bağırsaq onkoloji cərrahiyyəsində ölkənin ən aparıcı mütəxəssislərindən biri olsa da professor R.B.Bayramov heç vaxt sosial şəbəkələrdə və televiziya proqramlarında özünü reklam etməmişdir.
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi