ÇİN ORTA ASİYA ÖLKƏLƏRİNİ NECƏ "YEYİR?" - Bir ölkə prezidenti "müstəqilliyimiz əldən gedir" həyəcan təbili çaldı, digər iki ölkə isə....
01-07-2022 [12:55]
Qırğızıstan prezidenti Sadır Japarov həyəcan təbili çalıb. Dövlət başçısının sözlərinə görə, Qırğızıstanın artan xarici borcu ölkənin müstəqilliyinə əsas təhlükə mənbəyinə çevrilib.
Mia.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan .Şahinoğlu şərh verib.
O deyib ki, Prezident borc mövzusunda parlamentdə çıxış edib:
"O, Qırğızıstanın xarici borcunu ödəyə bilmədiyinə görə müstəqilliyini itirmə təhlüksəziyi ilə üz-üzə qaldığını bildirib: “Yaxın 10 ildə borclarımızı qaytarmalıyıq. Bu borclar müstəqliyimizi əldə etdiyimiz 30 il ərzində yığılıb”. Sadır Japarov borcun ödəmə müddətinin onun prezidentlik dövrünə təsadüf etdiyini vurğulayıb: “Bu il 289 milyon dollar, gələn il isə 314 milyon dollar borc qaytarmalıyıq”. Məhdud resursları olan Qırğızıstan üçün bu böyük məbləğdir".
Mərkəz rəhbəri qeyd edib ki, Qırğızıstanın əsas borcu Çinədir: "Bişkəkin Pekinə təxminən 2 milyard dollara yaxın borcu var. Qırğızıstan borcu qaytarmaq iqtidarında deyil, əksinə borc almaqda davam etmək məcburiyyətindəri. Pekin hələ ki, Qırğızıstana borc verməkdə davam edir. Ancaq bu durum Qırğızıstanı defolta sürükləyir. Bu halda Pekin Bişkəkə ağır şərtlər irəli sürəcək. Qırğızıstan prezidenti “müstəqilliyimizi itirə bilərik” dedikdə məhz Pekinin ağır şərtlərini nəzərdə tutub".
E.Şahinoğlunun sözlərinə görə, Tacikistan da Qırğızıstanla oxşar vəziyyətdədir: "Tacikistanın Çinə artan borcu o həddə çatıb ki, Düşənbə bir neçə iri yatağının istismarını borc əvəzi Pekinə məxsus şirkətlərə verib. Kasıb Tacikistanın Çinə 1.2 milyard dollar borcu var. Pekin Qərb ölkələrindən fərqli olaraq investisiya əvəzinə ağır şərtlər irəli sürmür. Tacikistanın qızıl mədənlərinin 80 faizi Çinə məxsusdur. Son 14 ildə Düşənbənin Pekinə borcu 6 dəfə artıb. Mərkəzi Asiyanın digər ölkəsi olan Özbəkistanın Çinə olan borcu ümumi gəlirinin 16 faiz həcmindədir.
Dünya Bankının araşdırmasına görə, Çin inkişaf etməkdə olan ölkələrə kütləvi borc vermək siyasətindən imtina etməyib. Nəticədə həmin ölkələrin hökumətləri borcu qaytara bilmirlər. Bunun ardınca həmin ölkələrin Çindən həm iqtisadi, həm də siyasi asılılığı artır. Əsas təhlükə də bundadır".
Mia.az
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)