13-04-2014 [14:46]
Dostoyevskinin "Ölü evdən qeydlər" əsəri ilə universitetin birinci kursunda oxuyarkən tanış oldum. O vaxtlar türk dilini öyrənmək üçün vasitə az idi, indiki kimi münbit şərait yox idi. Türk dili və ədəbiyyatı dərsində mütaliə etmək üçün bizə kitablar verirdilər, müəllimimiz də öz fənninə ciddi münasibət bəsləyən, işinə vicdanla yanaşan bir adam idi. Beləliklə, xeyli faydalı əsərlərlə tanış oldum. Seçim də azad idi. Bəxtim gətirdi. Həm universitetə gedib gəlirdim, həm də ədəbiyyat oxuyurdum.
"Ölü evdən qeydlər" əsəri elə ilk oxunuşda məni sarsıtdı. O vaxtlar oxucu kimi səviyyəm xeyli aşağı olsa da, həssalığım sayəsində əsər mənə təsir göstərdi. Sonralar "Ölü evdən qeydlər" əsəri Dostoyevskinin digər əsərlərini daha yaxşı anlamaq üçün mənə xeyli kömək etdi. Təəssüf ki, əsər nədənsə Azərbaycan dilinə tərcümə olunmamışdı və ölkəmizdə Dostoyevskinin bu əsəri ilə tanış olan adamların sayı az idi. Ola bilsin, bu səbəbdəndir ki, bir çox insanlar Dostoyevskini oxuyub yalnış nəticələr çıxarırdılar.
Mənim ədəbiyyat aləmimdə "Ölü evdən qeydlər" o əsərlərdəndir ki, o əsər haqqında yazmaq çətindi. Çətindir deməklə vəziyyəti daha dolğun ifadə etmiş olmuruq. "Yazmaq olmur" sözü vəziyyəti özündə daha real ehtiva edir.
"Ölü evdən qeydlər" o əsərlərdəndir ki, sən bu əsər haqqında yalnız öz tövsiyyəni oxucuya çatdıra bilərsən. Bəli, bu əsər diqqətlə oxunsa, yaxşı olar. Ya da əsərlə ilk dəfə nə vaxt, harda, necə, kimin vasitəsi ilə tanış olduğunəhaqqında əhvalat yaza bilərsən.
"Ölü evdən qeydlər"əəsərini ovqatımdan, maddi vəziyyətimdən, harda olmağımdan asılı olmayaraq, daima xatırlamışam. Hər zaman "Ölü evdən qeydlər" əsəriənecəsə, hər dəfə bir fərqli formada cürbəcür tərəflərdən özünü mənə xatırladıb. Hətta heç uyğun gəlməyən, ilk baxışdan adiyyəti olmayan məqamlarda belə, bu əsər haqqında düşünmüşəm.
"Ölü evdən qeydlər" daima xatırladığım, amma haqqında çox azədanışdığım əsərlərdən biridi. Nə vaxt bu əsər haqqında düşünmüşəmsə, bir istəyim də istər-istəməz, içimdə təzədən baş qaldırıb. İstərdim ki, bu əsəri polislər, prokurorluq işçiləri, ümumiyyətlə, hüquq-mühafizə orqanlarının əməkdaşları, həbsxana rəisləri, həbsxana nəzarətçiləri, eləcə də həbsxanda yatanlar oxusunlar. İmkanım olsaydı, bu əsəri kütləvi tirajla nəşr edib bütün həbsxanalara yayardım. Bəlkə bu əsərin sayəsində adamlar bir-birilərini tanıyar. Bəlkə bu əsər adamlaraəbaşqalarının ağrılarını, iztirablarını hiss etməyi, bir-birinə hörmət bəsləməyi öyrədə bilər.
Qanun nəşiriyyatı "Ölü evdən qeydlər" əsərini Azərbaycan dilində nəşr edib. Kitabı vitrində görəndə tərcümənin keyfiyyətinə baxmaq üçün kitabı aldım. "Ölü evdən qeydlər" əsərinin Azərbaycan dilinə çevrilməsi bu əsəri bir daha oxumağıma səbəb oldu. Çox çətinliklə oxudum. İki günə bitirdiyim bu əsər az qala hər səhifəsində düşünməyə, olub keçənləri xatırlamağa, baş verənlərə bir başqa tərəfdən bax-mağa vadar edirdi. Başa düşüdüm ki, bu əsərdəki iztirabın sərhədi, bu əsərdəki ağrının hüdudu yoxdu.
Çaplin deyirdi ki, hər bir kəs məni öz səviyyəsi qədərində başa düşür. Yəni, Çaplinin filmlərində mesajlar sonsuzdur. Sən inkişaf etdikcə, tutduğun bu mesajların sayı da artacaq.
Eyni fikri bir başqa formada "Ölü evdən qeydlər" əsəri haqqında da demək olar. Sənin ağrıların və həssaslığın nə qədər artacaqsa, bir o qədər də əsərdəki ağrıları hiss edə biləcəksən. Oxucu ilə müəllif ara-sında hər zaman uçurum var və bu uçurumun adı ruhi vəziyyətdi. Elə əsərlər var ki, onları yazan zaman müəllifin enerjisini (dəxli yoxdu necədi) oxucuya xəyali bir naqillə ötürə bilsək, bu enerji oxucunu ya daşa döndərər, ya kül edər, ya da əridər.
Ölülər evindəki ağrılar sonsuzdur. Əsəri oxuyub bitirəndəəazadlığın necə böyük nemət olduğunu bir daha hiss etdim. Evdə otura bilmədim. Əsərin göstərdiyi təsir nəticəsindəəgeniş həvəslə açıq havada gəzmək, ətrafa doya-doya baxmaq, doyunca yemək, oturub doyunca çay içmək istədim. Ќeçə gündü təmiz havada gəzmək həvəsim ölmür.
"Ölü evdən qeydlər" əsərinin təsiri ilə neçə gündür insanlara, küçələrə, dənizə tamam başqa gözlə baxıram. Havanı ciyərlərimə elə ürəklə çəkirəm ki, sanki dünənə qədər udduğum hava yox, mühərrik tüstüsü imiş.
Yazın gəlişini bütün hüceyrələrimlə hiss edirəm. Bununla belə, azadlığı olmayan günəş şüasına, təmiz havaya, açıq havada gəzməyə həsrət qalmış adamlar haqqında da düşünürəm...
BMT ABŞ-ın İrana gözlənilən hücumundan narahatdır
Hakan Fidan İran XİN başçısı ilə müzakirə apardı
Türkiyə kuboku: "Qaziantep" qalib gəldi
İki nəhəng komandanın oyunçuları cəzalandırılacaq - Paylaşıma görə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa İttifaqı İrana qarşı sərt tədbirlərə hazırlaşır - Açqlama
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu və.. - Foto (Yenilənib)
NATO Baş katibi: "Türkiyə dronları möhtəşəmdir"
Misir Mərdanov jurnalistlərə qarğış elədi: "Niyə mənim adımı hallandırırlar?" (Yenilənib)
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi