Pənahəli xan Cavanşirin başdaşı bərpadan sonra ilk dəfə nümayiş olunub
MƏDƏNİYYƏT
20.06.2022, 17:40
Milli Azərbaycan Tarixi Muzeyində keçirilmiş növbəti tədbirdə Qarabağ xanlığının yaradıcısı, Şuşa şəhərinin banisi Pənahəli xan Cavanşirin (1693-1763) başdaşı bərpadan sonra geniş ictimaiyyətə təqdim edilib.
Mia.az xəbər verir ki, açılış mərasimində Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın vitse-prezidentləri- akademik İsa Həbibbəyli, akademik Gövhər Baxşəliyeva, muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları, KİV, ictimaiyyət və mədəniyyət nümayəndələri, muzey əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə akademik Nailə Vəlixanlı açaraq, tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verib. Akademik qeyd etdi ki, son illər Milli Azərbaycan Tarixi Muzeyində Qarabağ, o cümlədən Şuşa şəhərinin tarixi və mədəniyyəti ilə bağlı zəngin kolleksiyanın toplanması, tədqiqi və təbliği sistemli şəkil almışdır. N.Vəlixanlı həmçinin zalda Qarabağ və Şuşa tarixi ilə bağlı bir sıra digər unikal eksponatların da nümayiş olunduğunu vurğuladı. Bildirdi ki, bu gün ilk dəfə üzərində Qarabağda zərb edilməsi barədə yazı olan XIV əsrin gümüş pulu, Qarabağ xanlığının “panabadi” pulları, Şuşa qala qapılarının iki gümüş açarı, İbrahimxəlil xanın (1763 -1806) hakimiyyət rəmzi olan şeşpəri, nadir sənəd, foto və rəsmlər, musiqi alətləri, şair Molla Pənah Vaqifin məqbərəsi inşa edilən zaman tikinti yerində aşkarlanan gil qab və başqa dəyərli eksponatlar da nümayiş olunur.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd etdi ki, bu sərgi ictimai, siyasi və tarixi baxımdan mühüm əhəmiyyət kəsb edir. İ.Həbibbəyli muzeydə Qarabağ xanı Pənahəli xan Cavanşirin başdaşının bərpadan sonra ilk dəfə geniş ictimaiyyətə təqdim olunmasının təqdirəlayiq, tarixi bir hadisə olduğunu xüsusilə vurğuladı. Akademik çıxışında Milli Azərbaycan Tarixi Muzeyində keçirilən sərgilərin, tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu və muzeydə qorunub saxlanılan qiymətli eksponatların, maddi-mədəniyyət abidələrimizin ziyarətçilərdə tariximizin və mədəniyyətimizin bu günədək keçdiyi inkişaf yolu barədə ətraflı təsəvvür formalaşdırmasına imkan verdiyini də bildirib.
AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva isə nümayiş olunan Qarabağ və Şuşa tarixi ilə bağlı eksponatların həmin dövrün araşdırılması, tədqiqi və təbliği baxımından tədqiqatçılar üçün əhəmiyyətli mənbə olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Məlumdur ki, Pənahəli xan Ağdamın İmarət qəbiristanlığında dəfn edilmiş, qəbri üzərində türbə inşa olunmuşdur. Pənahəli xanın türbəsi haqqında ilk elmi məlumatlar 1940-cı illərdə verilsə də, yalnız 1970-ci illərdə onların əsaslı şəkildə tədqiqi həyata keçirilib. Türbədə xanın qəbri üzərində olan başdaşı 1974-cü ildə Bakıya gətirilmiş, Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. Uzun müddət ərzində müvafiq şərait olmadan saxlanılan başdaşının zahiri görünüşü qeyri-qənaətbəxş idi. Nəticədə kolleksiyaya daxil olan eksponatların tarixçələrinin öyrənilməsi, onların tədqiq edilməsi, təmir və bərpa olunması, təmizlənməsi çox vaxt və səy tələb edib.
Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, sərginin kuratoru, t.ü.f.d,, dosent Səbuhi Əhmədov qeyd edib ki, muzeyin Bərpa laboratoriyasında başdaşı üzərindəki yazı və naxışlar orijinal hallarına xələl yetirmədən müasir vasitə və üsullar istifadə edilərək təmizlənmiş, zədəli yerləri bərpa edilib. Başdaşının nümayişi üçün muzeyin daimi ekspozisiyasının 1-ci mərtəbəsində zal ayrılmış, burada İmarət qəbiristanlığındakı türbənin maketi hazırlanmış və başdaşı qurulub. Həmçinin zalda başdaşının yazısının oxunması, türbənin tarixi ilə bağlı məlumatlar olan informasiya panelləri, rəssam Əjdər Qafarovun “Pənahəli xan Cavanşir” adlı rəsm əsəri yerləşdirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Diplomat və hərbi attaşelər "İstisu" zavodunda - FOTOLAR
Bugün, 21:36 GÜNDƏM
-
Xarici İşlər Nazirliyi məlumat yayıb
Bugün, 18:09 SİYASƏT
-
Hikmət Hacıyev diplomatların qarşısında erməni yalanını belə ifşa etdi - VİDEO
Bugün, 14:40 SİYASƏT
-
Diplomatlar Gəncəsər Monastır Kompleksində - VİDEO
Bugün, 13:16 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 13:09 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü
Bugün, 11:01 İQTİSADİYYAT
-
Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı... - Şəfiqə Məmmədova haqqında nəyi bilirik?
Bugün, 10:53 MƏDƏNİYYƏT
-
"Məleykə Abbaszadəyə hər zaman hörmətlə yanaşmışam və..." - Misir Mərdanov fikirlərinin təhrif edildiyini deyir
Bugün, 10:09 SİYASƏT
-
“ASAN Kommunal” mərkəzinin yerləşdiyi bina kimindir? - 660 min manatlıq sövdələşmə barədə maraqlı faktlar yayıldı
Bugün, 09:07 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanını "dalan"a dirədi: "Şərq-Qərb boru kəməri qapadıldı"
11.09.2026, 23:21 GÜNDƏM
-
"Fənərbağça"dan Baş məşqçi ilə bağlı daha bir - Açıqlama
11.09.2026, 23:14 İDMAN
-
Abdullah Öcalana adada villa tikilib: bağlı-bostanlı və... - Nələr yoxdur ki...
11.09.2026, 23:03 SİYASƏT
-
Ərdoğan adını daşıyan universiteti ziyarət edib - FOTO
11.09.2026, 19:44 GÜNDƏM
-
Norveç Şahzadəsi vəfat etdi - 94 yaşında
11.09.2026, 18:48 DÜNYA
-
İmamoğluna artıq siyasi fəaliyyət qadağası qoyuldu, iş kəsildi - Məhkəmə iki dəfə bəraət aldığı qərarı dəyişdirdi, zalda gərginlik böyüdü
11.09.2026, 18:22 SİYASƏT
-
"Fənərbağça"da İsmayıl Kartal dövrü başa çatdı - Baş məşqçi geri dönmədi
11.09.2026, 18:00 İDMAN
-
Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub
11.09.2026, 17:58 İQTİSADİYYAT
-
Prezidentdən daha bir sərəncam - Mərkəz və Agentliyə yeni səlahiyyət verildi
11.09.2026, 17:55 İQTİSADİYYAT
-
Prezident daha üç nəfərə vəzifə verdi (YENİLƏNİB)
11.09.2026, 17:27 GÜNDƏM
-
Prezident Fərid Şəfiyevi yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
11.09.2026, 17:17 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
11.09.2026, 17:00 İQTİSADİYYAT
-
Hava ilə bağlı - Xəbərdarlıq
11.09.2026, 16:54 GÜNDƏM
-
58 ölkə və 9 beynəlxalq təşkilatın 150 nəfərdən ibarət heyəti Qarabağ bölgəsində... - Hikmət Hacıyevin müşayiəti ilə + FOTOLAR (Yenilənib)
11.09.2026, 16:26 GÜNDƏM
-
Əli Əsədov İqtisadi Şuranı topladı: nələr müzakirə olundu?
11.09.2026, 16:08 İQTİSADİYYAT
-
Husilərlə bacarmayan Səudiyyə, savaşa meylli Pakistan, susqun Türkiyə, arxada gizlənən İran... - DÜNYANIN GÖZÜ YƏMƏNƏ ÇEVRİLİB
11.09.2026, 16:00 GÜNDƏM
-
RƏSMİ MOSKVA DAHA BİR ÖLKƏNİ HƏDƏLƏDİ: "Əgər bir ölkənin bizə qarşı nüvə təhdidi olacaqsa, niyə boş dayanmalıyıq ki?"
11.09.2026, 15:59 GÜNDƏM
-
Pakistan: "ABŞ və İranın yenidən danışıqlar masasına qayıtması üçün əlimizdən gələni edirik"
11.09.2026, 15:52 DÜNYA
-
Kolleclərdə boş qalan yerlər: qəbulun nəticələri açıqlanıb
11.09.2026, 15:44 GÜNDƏM
-
ABŞ-ın ölkəsindən qaçırdığı Maduronun həyat yoldaşı ev dustaqlığına buraxılacaq? - Vəkillər vəsatət verdi
11.09.2026, 15:32 GÜNDƏM
-
“Tamaşaçı üçün nə fərqi var ki, məni yutubda izlədi, yaxud da televiziyada?”
11.09.2026, 15:30 PRESS
-
Deputat: "Allahla kimsə müqavilə bağlayıb ki, nə vaxt vəfat edəcək?"
11.09.2026, 15:26 MƏDƏNİYYƏT
-
Xalq artistinin qızının keçmiş nişanlısı: "Məni qınayanların başına və balasının başına gəlsin"
11.09.2026, 15:23 ŞOU-BİZNES
-
Elman Rüstəmov bank sektorundakı təsirini gücləndirir - "Access Bank" "ələ keçirildi"
11.09.2026, 15:18 İQTİSADİYYAT