Selçuk Bayraktar qırıcı təyyarə ilə Bakı səmasında uçuş keçirib: "Uşaqlar buradakı təyyarə, yaxud PUA-lara toxunmalıdır ki..."

img

25-05-2022 [16:24]


Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraqdar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktar qırıcı təyyarə ilə Bakı səmasında uçuş keçirib.

Mia.az xəbər verir ki, uçuşlar paytaxt səması ilə yanaşı Xəzər buxtasını da əhatə edib.

Uçuş “TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində baş tutub.

S.Bayrakdarı azərbaycanlı və türkiyəli pilotlar müşayiət edib.

Daha sonra o, jurnalistlərə açıqlamasında deyib ki, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalına bu qədər maraq gözləmirmiş: "Bakıda ilk dəfə təşkil olunacaq festivala maraq böyükdür. Təşkilatçılıq da yüksək səviyyədədir. Bu festivalın digər ölkələrdə də keçirilməsi nəzərdə tutulur. Ukrayna, Özbəskistan və İndoneziyada da ona böyük maraq göstərilir. Bura uşaqları da gəlməlidir. Uşaqlar gəlib buradakı təyyarə yaxud PUA-lara toxunmalıdır ki, gələcəkdə bəlkə ölkələrimizin təhlükəsizliyini qroyacaq təyyarə istehsal etsinlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR