2021-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı layihə MM-in plenar iclasında müzakirə ediləcək

img

25-05-2022 [14:53]


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunub.

Mia.az xəbər verir ki, müzakirələrdə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və deputatlar iştirak ediblər.

Sonda qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Məlumata görə, layihə mayın 31-dəki iclasda müzakirə olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA