Sabiq prezident ev dustaqlığına buraxıldı - Dodonla bağlı daha bir qərar verildi (Yenilənib)
26-05-2022 [19:01]
Həbs olunan Moldovanın sabiq prezidenti İqor Dodon ev dustaqlığına buraxılıb.
Mia.az xəbər verir ki, bu barədə Kişinyov məhkəməsi qərar çıxarıb.
Qərara əsasən, o, bir ay ev dustaqlığında saxlanılacaq.
***
Moldovanın keçmiş prezidenti İqor Dodon Kişineu şəhərindəki istintaq təcridxanasında saxlanılır.
Mia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu gün onun bir qrup tərəfdarı təcridxananın qarşısında “Dodona azadlıq!” şüarı ilə piket keçirib.
Moldova parlamentinin keçmiş deputatı valeri Naqaçevski deyib ki, İqor Dodon korrupsiya və dövlətə xəyanətdə şübhəli bilinir: “O, Cinayət Məcəlləsinin 4 maddəsi ilə ittiham olunur. Onu 12 ildən 20 ilədək müddətə həbs gözləyir”.
Xatırladaq ki, Dodonun barəsində 72 saatlıq həbs qətiimkan tədbiri seçilib.
***
Moldova Baş Prokurorluğu eks-prezident İqor Dodonun saxlanılması ilə bağlı yayılmış xəbərə münasibət bildirib.
Mia.az xəbər verir ki, bu barədə Moldova Baş Prokurorluğunun rəsmi nümayəndəsi Mariana Kerpek açıqlama verib: “Dodonun saxlanılması barədə xəbəri təsdiq edə bilmərəm. Yaxın vaxtlarda rəsmi məlumatla çıxış edəcəyik”.
Qeyd edək ki, bundan əvvəl “İnterfaks“ agentliyi Mariana Kerpekə istinadən İqor Dodonun 72 saat müddətinə saxlanıldığı barədə məlumat yaymışdı.
***
Moldovanın sabiq Prezidenti İqor Dodon 72 saatlığına saxlanılıb.
Mia.az xəbər verir ki, bu barədə Moldova KİV məlumat yayıb.
***
Moldova Baş Prokurorluğu ölkənin keçmiş Prezidenti İqor Dodonun evində axtarış aparıb.
Mia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun nümayəndəsi Marianna Kerpek deyib.
O bildirib ki, axtarışı Baş Prokurorluğun antikorrupsiya idarəsi ilə informasiya və təhlükəsizlik xidmətinin əməkdaşları həyata keçiriblər.
Xatırladaq ki, keçmiş prezident biznesmen Vladimir Platxotnyukdan rüşvət almaqda ittiham olunur.
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)