General və sabiq rəislər hakim qarşısına çıxarıldı - Zərərçəkənlərdən sensasiyalı ifadələr
23-05-2022 [21:08]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev zərərçəkənlərin etirazlarına, vəsatətlərinə baxmayaraq, növbəti dəfə mətbuat nümayəndələrinin prosesdə iştirakına imkan verməyib.
Prosesdə zərərçəkmiş qismində Natiq Teymurovun qardaşı Sabik Teymurov ifadə verib. O deyib ki, qardaşı Natiq Teymurov 2013-cü ilin sentyabrında MTN tərəfindən saxlanılıb. İttihama görə “Sədərək” ticarət mərkəzində fərdi sahibkarlıqla məşğul olmuş Natiq Teymurov tutulandan sonra iş üzrə istintaq İstintaq Baş İdarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin müstəntiqi Fuad Məmmədova həvalə edilib.
Bundan sonra şöbənin rəisi Sahib Ələkbərov Natiq Teymurovu həbsdə saxlanılacağı və ən ciddi həddə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə nail olacağı ilə hədələyib. O, Natiq Teymurovdan azad edilməsi üçün əvvəlcə 300 min manat tələb edib. Eyni tələb onun qardaşı Rəfael Teymurluya qarşı da irəli sürülüb. Razılıq əldə oluna bilmədiyindən məbləğ 150 min manata endirilib. Sentyabrın 20-də Rəfael Teymurlu 150 min manatı MTN-in arxa qapısında Sahib Ələkbərova verib. Həmin gün Natiq Teymurov həbsdən azad edilib.
Prosesdə vaxtilə Ədliyyə Nazirliyində işləmiş Mənsurə Hacıyeva şahid qismində ifadə verib. O, oğlu Qulam Bağırovun MTN tərəfindən şərlənərək həbsə alındığını deyib: “Bu gün burada dəmir barmaqlıq arxasında əyləşmisən (Mövlam Şıxəliyev nəzərdə tutulur). Sizə görə ailəmiz çox ağır vəziyyətə düşdü. Bizdən 135 min dollar aldınız, oğlum Qulama heç bir aidiyyəti olmayan işə qoşub Ağır Cinayələr Məhkəməsinə göndərdiniz. Orada da Qulama hakim dedi ki, məhkəməyə gəlmə. Bir il sonra da çağırıb saxta hökmü Qulama veriblər, deyiblər ki, sənə şərti cəza kəsdik”.
O qeyd edib ki, hazırda həbsdə olan MTN rəsmilərinin tələb etdiyi pulun toplanması zamanı rəfiqəsi Adilə Əhmədovadan 5 min dollar, baldızı oğlu Vahiddən 5 min dollar, bacısı Şöhlətdən 500 dollar, ayrı-ayrı sələmçilərdən ümumilikdə 5500 dollar pul alıb.
Məhkəmənin növbəti iclası mayın 24-nə təyin edilib.
Xatırladaq ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb