Putin Təhlükəsizlik Şurasının iclasını keçirib - Nələr müzakirə edilib?

img

13-05-2022 [15:29]


Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.

Mia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, iclasda Ukraynadakı hərbi əməliyyatların gedişi, Finlandiya və İsveçin NATO-ya üzvülüklə bağlı qərarının potensial təhlükəsi, başqa cari məsələlər müzakirə olunub.

Şuranın toplantısında Rusiyanın Baş naziri Mixail Mişustin, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, daxili işlər naziri Vladimir Kolokoltsev, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin, Rusiya Prezidentinin təbiəti mühafizə, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi Sergey İvanov iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA