Gürcüstanın yeni naziri Borrellə bölgədəki vəziyyəti müzakirə edib

img

06-04-2022 [16:37]


Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Brüsseldə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə görüşüb.

Bu barədə nazir tviter hesabında yazıb.

Görüşdə Gürcüstanın Aİ-yə inteqrasiyası və bu yolda əldə olunan nailiyyətlər müzakirə olunub.

“Bu kontekstdə Avropa İttifaqının dəstəyinə ümid edirəm. Görüşdə bölgədə təhlükəsizlik mühiti və Aİ-nin regional sabitlikdəki roluna diqqət yetirilib”, - İ.Darçiaşvili yazıb/Report.

Qeyd edək ki, Gürcüstanın XİN başçısı Brüsseldə səfərdədir. O, ikigünlük səfər çərçivəsində Aİ, NATO rəsmiləri və həmkarları ilə görüşlər keçirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA