XİN sözçüsü: "İşğalda olmuş ərazilərə 1 milyondan çox mina basdırılıb"

img

01-04-2022 [11:56]


"Azərbaycan minalarla ən çox çirkləndirilmiş ölkələrdən biri olsa da, bu baxımdan ən az beynəlxalq dəstək alan ölkələrdəndir".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Bakıda keçirilən “Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu ərazilərə 1 milyondan çox mina basdırılıb: “Azərbaycan bu ərazilərin bərpası üzrə işlər aparır, yüz minlərlə insan doğma yurd-yuvasına qayıdacağı vaxtı gözləyir, lakin məcburi köçkünlərin sakit və təhlükəsiz qayıdışını təmin etmək üçün əvvəlcə bu əraziləri bərpa etmək lazımdır. Müharibə başa çatsa da, 2020-ci ilin noyabr ayından indiyədək 200-dən çox şəxs minaların qurbanı olub".


Digər xəbərlər
SON XƏBƏRLƏR