Rəsmi Moskva: “Kreml tərəfləri Qarabağa dair çılğın tərzdə fikir bildirməməyə çağırır" - "Deputatın çıxışı isə..."

img

29-03-2022 [14:22]


“Kreml tərəfləri Qarabağa dair çılğın tərzdə fikir bildirməməyə çağırır. Rəsmi Moskva vəziyyəti normallaşdırmaq istiqamətində səy göstərir”.

Mia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşü zamanı bildirib.

O, Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı çıxışına da toxunub: "Bu, şəxsi emosiyalarla əlaqədardır. Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırardıq, xüsusən də bizim tərəfdaşlarımıza münasibətdə. Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir.


Digər xəbərlər
SON XƏBƏRLƏR