Deputat: “Mən hələ də təhdid olunuram"

img

28-03-2022 [16:42]


“Mən hələ də təhdid olunuram. Amma bununla bağlı işlər həyata keçirilir. Təhdid edən şəxs Moskvada yaşayır. Onun ünvanı da artıq bəllidir”.

Mia.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Millət vəkili bildirib ki, onu təhdid edən şəxslə bağlı ölçü götürüləcək: “Həmin şəxs Moskvada “Kotelniki” metro stansiyasının yaxınlığında yaşayır. Dəqiq ünvanı da bəllidir. Akademik Jukov küçəsində 2 nömrəli evdə yaşayır. İndi həmin məsələ araşdırılır. Gözləyirik, görək, bu təhdidin sifarişini kim verib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA