Ərdoğanın sözçüsü: “Hamı Rusiya ilə körpüləri yandırsa..."

img

27-03-2022 [15:27]


“Türkiyə və digər ölkələr Ukraynada vəziyyətin normallaşması çərçivəsində Rusiya ilə dialoqdan imtina etməməlidir”.

“İnterfaks” xəbər verir ki, bunu Dohada keçirilən beynəlxalq forumda Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Hamı Rusiya ilə körpüləri yandırsa, sonda onunla kim danışacaq? Ukraynalılara hər cür kömək etmək lazımdır ki, onlar özlərini qoruya bilsinlər. Rusiyalıların sözünü hər bir halda eşitmək lazımdır”, - o, bildirib/Report.

Xatırladaq ki, cümə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı vəziyyətin nizamlanması çərçivəsində Rusiya və Ukraynanın dövlət başçıları – Vladimir Putin və Volodimir Zelenski ilə yaxın günlərdə yeni danışıqlar apara biləcəyini açıqlamışdı.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA