Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə telefonda danışıb

img

21-03-2022 [18:11]


Martın 21-də xarici işlər naziri Ceyhun Bayramovun Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə telefon danışığı baş tutub.

Mia.az XİN-ə istinadla bildirir ki, tərəflər Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın VIII Zirvə Görüşünün qərarlarının icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Türk Dövlətləri Təşkilatının beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələləri, xüsusilə də İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində əməkdaşlıq müzakirə mövzusu təşkil edib.

Tərəflər həmçinin təşkilatın gələcək tədbirləri ətrafında müzakirələr aparıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA