Əli İnsanovdan Prezidentin təbrikinə operativ reaksiya: "Sizinlə görüşmək istəyirəm"

img

19-03-2022 [21:37]


Prezident İlham Əliyev Novruz bayramı münasibəti ilə “Haqq-Ədalət” Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov təbrik edib.

Mia.az xəbər verir ki, bu barədə “Haqq-Ədalət” Partiyasının sədri Əli İnsanov sosial şəbəkədəki hesabında məlumat paylaşıb: “Bu gün Prezident Sarayından Novruz Bayramı münasibətilə mənə  prezident İlham Əliyevin təbrikini çatdırdılar və mən də bu yüksək diqqətə görə dərin təşəkkürümü bildirdim.

Cənab Prezident!  Novruz Bayramı münasibətilə  təbrikiniz mənə çatdırıldı.

Şəxsimə göstərdiyiniz yüksək diqqətinizə görə dərin təşəkkürümü bildirir, xalqımızın qədim bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə xoşbəxtliyi, vətənimizin tərəqqisi və xalqımızın yüksək rifahı uğrunda görəcəyiniz bütün işlərinizdə böyük uğurlar arzulayıram.

Cənab Prezident! Sizinlə görüşə hazır olduğumu bir daha yüksək diqqətinizə çatdırıram”.


Digər xəbərlər
SON XƏBƏRLƏR