Prezidentin köməkçisi: "Bu istiqamətdə çalışmaq Azərbaycan üçün vacibdir”

img

18-03-2022 [12:43]


"Şuşa Azərbaycanın Vətən müharibəsində qələbəsi nəticəsində azad edilib və ölkənin mədəni paytaxtıdır. Bizim üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən bugünkü tədbir BMT ilə gələcək əməkdaşlığımızın prioritet istiqamətlərini müəyyən etməyə imkan verəcək".

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına sadiq olmaq və bu istiqamətdə çalışmaq Azərbaycan üçün vacibdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR