Hikmət Hacıyev: "Ağdam, Füzuli və Cəbrayıl rayonlarında səhra missiyası həyata keçirilib"

img

16-03-2022 [21:53]


"Avropa İttifaqı, BMT və Dünya Bankının birgə “Bərpa və Sülh quruculuğunun qiymətləndirilməsi” komandası ilə səmərəli müzakirələr apardıq".

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında yazıb: "İşğaldan azad edilmiş Ağdam, Füzuli və Cəbrayıl rayonlarında səhra missiyası həyata keçirilib. Azərbaycan Hökumətinin münaqişədən sonrakı yenidənqurma gündəliyinin səylərinə beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA