Deputatdan hökumətə xəbərdarlıq: "Bu münaqişə qida zəncirinin bütün həlqələrində böyük qırılmalar yaradacaq"

img

15-03-2022 [16:16]


"Ukrayna ətrafında baş verən hadisələr Azərbaycana iqtisadi təsirini göstərəcək".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsində deyib.

O bildirib ki, bu münaqişə qida zəncirinin bütün həlqələrində böyük qırılmalar yaradacaq: "Bu problemləri qısa müddətdə aradan qaldırmaq lazımdır. Bu və digər məsələlərlə bağlı hökumətin əlavə tədbirlər görməsinə ehtiyac var".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA