58 partiyadan 14-ü MSK-ya hesabat verib - SİYAHI

img

10-03-2022 [14:40]


Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatını təqdim edən partiyaların sayı 14-ə çatıb.

Mia.az APA-ya istinadla xəbər verir ki, Azərbaycanda qeydiyyatda olan 58 partiyadan 14-ü 2021-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib.

Həmin partiyalar aşağıdakılardır:

-Vətəndaş Həmrəyliyi Partiyası

-Azərbaycan Naminə Alyans Partiyası (ANAP)

- Azərbaycan Liberal Partiyası

- Azərbaycan Respublikaçılar Partiyası

- Ədalət” Partiyası

- Demokratik İslahatlar Partiyası

- Azərbaycan Tərəqqi Partiyası

- Milli Dirçəliş Hərəkatı Partiyası

- Azərbaycan Demokratik Maarifçilik Partiyası

- Azərbaycan Xalq Partiyası

- Müasir Musavat Partiyası

- Böyük Quruluş Partiyası

- Vətəndaş və İnkişaf Partiyası

- Müstəqil Xalq Partiyası (MXP)

Qeyd edək ki, siyasi partiyaların MSK-ya 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-də başa çatır. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA