Ukraynada müharibə nə vaxt bitəcək? - Astroloqların proqnozu
09-03-2022 [09:42]
Çətin müharibə dövründə insanlar ümid üçün ən kiçik səbəb axtarırlar. Bir çoxları üçün astroloqların 2022-ci ildə Rusiya və Ukrayna arasında müharibənin nə vaxt bitəcəyi ilə bağlı proqnozları belə bir təsəlli olur.
Mia.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, astroloqların bəziləri döyüş əməliyyatlarının bitəcəyi ayın adını çəkir, bəziləri hətta konkret tarixlər səsləndirir, bəziləri isə daha da irəli gedərək Ukrayna ilə Rusiya arasında müharibənin nəticələrini proqnozlaşdırırlar. Hətta rusiyalı astroloqlar da Ukraynaya hücuma görə öz vətənləri üçün böyük problemləri proqnozlaşdırırlar: Putin hakimiyyətinin möhkəmlənməsi, illərlə davam edəcək dərin iqtisadi tənəzzül və hətta öz dövlətlərinin sərhədlərini müdafiə etmək zərurəti.
Ukraynalı astroloqların proqnozları
Məşhur astroloq və ekstrasens Maks Qordeyev yalnız taleyüklü bir rəqəmin adını çəkir - bu, 8-dir. Söhbət tarixdən və ya ayların sayından, döyüşlərin nə qədər davam edəcəyindən deyil - bərpa üçün vaxtdan gedir.
Üstəlik, Qordeyev İnstaqram hesabında izləyicilərini əmin edib: nüvə müharibəsi olmayacaq.
Digər tanınmış ukraynalı astroloq Vlad Ross 10 martı hadisələrin dönüş nöqtəsi adlandırır. Bu tarixdən sonra, onun sözlərinə görə, ukraynalılar rahat nəfəs ala bilərlər: ən pisi geridə qalacaq.
Eyni zamanda o, mart və aprel aylarını Putin üçün ölümcül təhlükə ayları adlandırır.
Astroloq Nadejda Borovaya martın 21-dən sonra mühüm dəyişikliklər proqnozlaşdırır:
"Çox güman ki, işğalçılar bütün istiqamətlərdə fəaliyyətlərini dayandıracaqlar, nə isə seçim edəcəklər. Hər iki tərəfdən müharibə taktikasında dəyişiklik də mümkündür...".
Eyni zamanda, Borovaya "çətin aylar"ın ən azı yaya qədər davam edəcəyini söyləyib.
Rusiyalı astroloqların proqnozları
Rusiya astroloqlarına görə, Ukraynadakı müharibənin ən qanlı hissəsi martın 10-da başa çatacaq.
Numeroloqlar hərbi münaqişənin sonunun ən çox ehtimal olunduğu iki ayın adını çəkirlər - mart və ya may. Numerologiyada 3 rəqəmi (mart üçüncü aydır) ünsiyyət və əlaqəni təcəssüm etdirir (yəni tərəflər konstruktiv bir şey haqqında razılığa gələ biləcəklər), 5 rəqəmi emosionallıq və həssaslıqdır (yəni liderlərin daxili vəziyyəti hərbi əməliyyatların dayandırılmasını zəruri edəcək).
Astroloq Tatyana Lukaşeviç etiraf edir ki, 18 martdan sonra hərbi əməliyyatların qəfil eskalasiyası - elektrik enerjisi və internetlə bağlı problemlərə səbəb olacaq irimiqyaslı partlayışlara qədər - baş verəcək. Amma artıq martın 20-də - növbəti danışıqlar zamanı "möhkəm xarici tərəfdaşlar" tərəflərə razılığa gəlməyə kömək edəcək.
Martın sonu - aprelin əvvəllərində Rusiya Federasiyası üçün vəziyyət daha da mürəkkəbləşəcək: Lukaşeviç həm kadr itkilərini (yüksək məmurlar işini itirəcək), həm də ərazi itkilərini (yəqin ki, Rusiya öz sərhədlərini qorumaq üçün hərbi qüvvələrdən istifadə etməli olacaq) etiraf edir.
Ən bədbin proqnozu astroloq Yuliya Ovçinnikova verir: o, 2022-ci ilin sentyabrında müharibənin pik nöqtəsinin olacağını proqnozlaşdırır - buna görə də faciənin sonu daha gec olacaq. Bununla belə, o, etiraf edir ki, bu proqnoz hərbi əməliyyatların özünün deyil, iqtisadi böhranın tarixinin göstəricisi kimi şərh edilə bilər.
Bəzi astroloqların fikrincə isə, yaranan böhran ən azı 2026-cı ilə qədər davam edəcək.
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox
Müdafiə Nazirliyi açıqlama yayıb
NAXÇIVANLA BAĞLI QƏRAR TƏSDİQLƏNDİ - Ali Məclis və Nazirlər Kabinetinin səlahyyəti azaldı - Başqa hansı dəyişikliklər var?
Azərbaycan Gənclərinin XI Forumu keçirilir - FOTO
"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO
Məktəblər dezinfeksiya edilir ki? - Nazirliik eyni şirkətlə 5.6 milyonluq sövdələşmədə imzaladı
Milli Məclisin iclası başlayıb
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
“Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürmək istəyiblər
“Sirab”ın sahibi yeni şirkət yaradıb
Epşteyn qalmaqalı və kabus kimi suallar... - TƏHLİL
Prezident İlham Əliyev gənclərə müraciət ünvanlayıb - MƏTN
"Fənərbağça"nın hücumçu klubdan ayrılır?
Türkiyədə bələdiyyə sədri ölümdən son anda xilas oldu - VİDEO
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər" - VİDEO
Müxalifət Makrona qarşı "ayağa qalxdı" - Epşteynlə nə əlaqəsi var?
İlham Əliyev: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"
ABŞ-da aksiya: onlarla nümayişçi həbs edilib
Suriyada İsrailin "çətir"i atında olan druzlarla hökumət qüvvələri üz-üzə gəlib - Döyüş davam edir
Dünyanı silkələyən "Epşteyn işi" - Məşhur şəxslərdən əxlaqsız milyarderə cinsi istismar üçün körpə qız və oğlan təklif edib
Dərslər başlayıb
"İcazə verməyəcəyik" - Vəliəhd Məsud Pezeşkiana söz verdi
RƏSMİ TEHRAN ABŞ-a ƏL UZATDI: "Trampla eyni fikirdəyik, o, düz deyir" - "Bizi ABŞ-la müharibəyə cəlb etməyə çalışırlar"
Tramp: "Kuba yenidən azad olacaq"
İraq parlamenti prezidenti yenə seçə bilmədi - Təxirə salındı