Ceyhun Bayramov: “Ukraynadakı durum ciddi narahatlıq yaradır"

img

05-03-2022 [14:44]


“Ukraynadakı durum ciddi narahatlıq yaradır. İtkilərin sayı durmadan artır. Azərbaycan və Türkiyə burada çox məsuliyyətli mövqe sərgiləyir”.

Mia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, məsələnin dialoq və sülh yolu ilə həlli istiqamətindəki çağırışlar da buna nümunədir: "Biz ümid edirik ki, tərəflər arasındakı danışıqların davam etdirilməsi vacibdir“.

Nazir əlavə edib ki, son günlər ərzində Azərbaycan və Türkiyə Ukraynadakı vətəndaşlarının təxliyəsi ilə məşğuldur: "Səfirliklərimiz qarşılıqlı dəstək formasında çalışırlar".

Mövlud Çavuşoğlu isə bildirib ki, hər kəs kimi, biz də ölkələrin ərazi bütövlüyünün güclə dəyişdirilməsin qarşıyıq: “Biz həm Rusiya, həm də Ukrayna ilə münasibətlər quran bilən ölkələrdən biriyik. Müharibənin dayandırılması üçün əlimizdən gələni edəcəyik”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR