Ankarada Birinci "Qarabağ Azərbaycandır" Simpoziumu təşkil edildi - Tanınmış jurnalistlər bir araya gəldi

img

02-03-2022 [22:59]


Türkiyənin paytaxtı Ankarada Birinci “Qarabağ Azərbaycandır” Simpoziumu təşkil edilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, Azərbaycan Türkiyə Evi (ATEV) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə Ankaradakı Ulucanlar Həbsxana Muzeyində Birinci “Qarabağ Azərbaycandır” Simpoziumu keçirilib.

Qarabağ zəfərində Türkiyənin verdiyi dəstək, türk ictimaiyyətinin və media quruluşlarının zəfərin əldə edilməsindəki rolunun müzakirə edildiyi simpoziuma Türkiyə və Azərbaycandan millət vəkilləri, QHT rəhbərləri, jurnalistlər və tanınmış ictimaiyyət nümayəndələri qatılıblar.

İki hissədə baş tutan sipmoziumun açılış mərasimində AYD sədri Sinan Burhan, ATEV sədri Tənzilə Rüstəmxanlı, Radio-Televiziya Jurnalistləri Dərnəyinin sədri Şəbnəm Bursalı, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Ərən, Türkiyə Böyük Millət Məclisinin deputatı Nazim Maviş çıxış edib, iki ölkə arasındakı münasibətlərin İkinci Qarabağ Savaşı ilə başqa bir müstəviyə daşındığını qeyd ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR