PUTİN HƏRBÇİLƏRƏ "HAKİMİYYƏTİ ƏLƏ KEÇİRİN", "ZELENSKİYƏ İSƏ "GÖRÜŞƏK" MESAJI VERDİ - Rəsmi Kiyevdən cavab gəldi (Yenilənib)
26-02-2022 [00:27]
Rusiya Prezidenti Vladimir Putin Ukrayna hərbçilərini ölkədə çevriliş edərək, hakimiyyəti ələ keçirməyə səsləyib.
Mia.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, bu çağırışı Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi onlayn konfransda edib.
Putin bildirib ki, Ukrayna əsgərləri dinc əhalinin canlı qalxan kimi istifadə edilməsinə də mane olmalıdır.
Yeri gəlmişkən, bu gün Putin Zelenski iqtidarı ilə Minskdə görüşə hazır olduğunu bəyan edib. O, bu barədə Çin lideri ilə müzakirədə söz açıb.
Bununla yanaşı, Rusiya Ukrayna ilə danışıqlar aparmaq üçün nümayəndə heyətini də müəyyənləşdirib.
Bu barədə açıqlama verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, nümayəndə heyətinə müdafiə və xarici işlər nazirlikləri, Prezident Administrasiyası rəsmilərinin daxildir: "Artıq bu barədə Ukrayna tərəfinə məlumat verilib".
Ukrayna isə cavab olaraq, Minskdə deyil, Varşavada görüşə hazır olduğunu bəyan edib.
***
Son məlumata görə, Ukrayna rəhbərliyi Rusiya Prezidenti Vladimir Putinin danışıqlar aparmaq təklifi ilə razılaşıb.
Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov feysbukdakı hesabında məlumat verib.
Onun sözlərinə görə, görüşün yeri və vaxtı ilə bağlı müzakirə aparılır: "Ukrayna atəşkəs və sülh haqqında danışmağa hazır idi və hazırdır. Bu, bizim dəyişməz mövqeyimizdir. Biz Rusiya Federasiyası Prezidentinin təklifi ilə razılaşdıq. Bu saatlarda tərəflər birbaşa danışıqların yeri və vaxtı ilə bağlı məsləhətləşmələr aparırlar. Danışıqlar nə qədər tez başlasa, normal həyatı bərpa etmək şansları bir o qədər çox olacaq”.
Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak isə bildirib ki, Zelenski ilə Putinin dialoqu zamanı Ukraynanın neytral statusu müzakirə oluna bilər: "Bu, ilk növbədə, sülh və atəşkəs haqqında ətraflı söhbət olacaq. Aydın təhlükəsizlik zəmanətləri paketi ilə neytral status da müzakirə oluna biləcək variantdır".
Mia.az
Rəfah Sərhəd Keçid Məntəqəsi açılıb
Həbsxananın keçmiş rəisinin meyiti tapıldı - Xırdalanda
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində: yeni sənədlər imzalandı - FOTOLAR (Yenillənib)
"Velizarofficial" adlı səhifənin idarəçi saxlanldı
Bakıda Xalq artistinin oğlu döyülüb (Yenilənib)
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib - FOTOLAR
"Kim, mən? Heç yerdə dindirilib eləməmişəm" - Sabiq icra başçısından daha bir açıqlama
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Qaz borusu partlayıb, yaralılar var (YENİLƏNİB)
GENERALLAR YENİ VƏZİFƏLƏRİNDƏ HANSI RÜTBƏ DAŞIYACAQLAR? - Detallar
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox
Müdafiə Nazirliyi açıqlama yayıb
NAXÇIVANLA BAĞLI QƏRAR TƏSDİQLƏNDİ - Ali Məclis və Nazirlər Kabinetinin səlahyyəti azaldı - Başqa hansı dəyişikliklər var?
Azərbaycan Gənclərinin XI Forumu keçirilir - FOTO
"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO