Xələf Xələfov Polşaya səfər edib
24-02-2022 [15:37]
21-22 fevral 2022-ci il tarixində Azərbaycan ilə Polşa arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə həsr edilmiş Dəyirmi Masa və Strateji dialoq üzrə məsləhətləşmələrdə iştirak məqsədi ilə AR xarici işlər nazirinin müavini Xələf Xələfov Polşa Respublikasına səfər edib.
Mia.az XİN-ə istinadla bildirir ki, səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov və Polşa Respublikasının xarici işlər nazirinin müavini Marçin Pşıdaç Azərbaycan və Polşa arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə həsr edilmiş, Polşanın Şərq Araşdırmalar Mərkəzi və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada iştirak ediblər. Tədbirdə çıxış edən X.Xələfov Azərbaycan-Polşa münasibətlərinin 550 illik qədim tarixi, bu günü və perspektivlərindən, Azərbaycan dövlətçilik tarixində, inkişafında və şəhərsalmada tanınmış polyakların xidmətlərindən danışmış, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin xüsusi rolunu qeyd edib. Tədbirdə Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr edilmiş poçt açıqcasının Polşa Poçtunun rəsmilərinin iştirakı ilə rəsmi təqdimatı baş tutub.
Tədbirin ardınca Polşa Respublikasının Xarici İşlər Nazirliyində nazir müavini X.Xələfov və Polşa Respublikasının xarici işlər nazirinin müavini M.Pşıdaçın rəhbərlik etdikləri nümayəndə heyəti arasında ölkələrimiz arasında strateji dialoq üzrə məsləhətləşmələr aparılıb. Məsləhətləşmələr zamanı, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibəti ilə Azərbaycan Respublikasının və Polşa Respublikasının xarici işlər nazirlərinin təbrik məktublarının mübadiləsi həyata keçirilib, ölkələrimiz arasında münasibətlərin bütün sahələrində, o cümlədən siyasi, mədəni, humanitar sahələrdə münasibətlərin durumundan razılıq ifadə edilib, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, beynəlxalq təşkilatlar daxilində əməkdaşlıq məsələləri və digər sahələrdə əməkdaşlığın inkişaf və perspektivləri müzakirə edilib.
Məsləhətləşmələrin davamı olaraq nazir müavini X.Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşa Respublikası Prezidentinin katibliyinin Dövlət Katibi, Beynəlxalq Siyasət Bürosunun rəhbəri Yakub Kumox ilə görüş keçirib. Görüşdə Azərbaycan və Polşa arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibəti ilə Azərbaycan Respublikası və Polşa Respublikası Prezidentlərinin təbrik məktublarının mübadiləsi baş tutub, ölkələrimiz, xüsusilə ölkələrimizin rəhbərləri arasında səmimi dostluq münasibətlərindən məmnunluq ifadə edilib.
Nazir mavini X.Xələfovun, həmçinin Polşa Respublikası Senatının Vitse-marşaleki Boqdan Boruseviç və Polşa Respublikası Seyminin Vitse-marşaleki Rışard Terletski ilə, Polşa Respublikasının infrastruktur nazirinin müavini Andzej Bittel və Polşa Respublikası inkişaf və texnologiya nazirinin müavini, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın polşalı həmsədri Qjeqoj Pexoviak ilə ayrı-ayrılıqda görüşləri keçirilib.
Trampın İranın dini liderinin yerinə namizədi var: "Hələlik çox şey demək istəmirəm" - "İndi orada əvvəlki gündən hər şey daha asandır"
İraqda üç günlük matəm elan edildi - Xameneinin ölümünə görə
Sabah hava necə olacaq? - Proqnoz
SEPAH-ın öldürülən komandanı... - Yerinə təyinat olub
MEDİA jurnalistlərə müraciət edib
Daha 30 nəfər Azərbaycan vətəndaşı İrandan təxliyə olunub
İranın ali dini rəhbəri və yüksək vəzifəli şəxsləri öldürülüb! - 40 GÜNLÜK MATƏM ELAN OLUNDU (YENİLƏNİB)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
XAMENEİNİN KÜRƏKƏNİ VƏ GƏLİNİ ÖLDÜ, ÖZÜ YAŞAYIRMI? - Netanyahu "İqamətgahını dağıtdıq, o..." deyir
Şamaxı-Ağsu sərhədində zəlzələ olub
RƏSMİ BAKI İRANA HÜCUMLA BAĞLI BƏYANAT VERDİ
İranda məktəb vurulub - 160 şagird ölüb (Yenilənib)
Ramazanın 11-ci gününün duası: imsak və iftar vaxtı
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
ABŞ və İSRAİLİN İRANA HÜCUM DAVAM EDİR - Dini liderin ofisi də vurulub (AÇIQLAMALAR)
"Sanki bizim irəli getməyimizi istəmirlər, ayağımızdan tutub aşağı salırlar" - "Neftçi"nin baş məşqçisi elə sözlər dedi ki... (VİDEO)
İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı