Milli Məclisin deputatı Ermənistanda: "Biz Cənubi Qafqazda əməkdaşlığın nümunəsinə çevrilməliyik"

img

22-02-2022 [11:14]


“Bütün hərbi əsirlər, bütün saxlanılan şəxslər müharibə bitdikdən sonra Ermənistana təhvil verilib”.

Bunu Azərbaycan Milli Məclisinin deputatı Soltan Məmmədov İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında çıxışında söyləyib.

“Hazırda mühakiməsi davam edən şəxslər müharibədən sonra tutulublar. Bütün bu tədbirlər beynəlxalq hüquqa uyğun olaraq keçirilir.

Mən daha Birinci Qarabağ müharibəsində taleyi məlum olmayan 4 000 azərbaycanlıdan bəhs etmək istəmirəm. Onlar əsir götürülüb, öldürülüblər. Bu məsələ Avropa İttifaqı ilə də müzakirə edilib”, - deputat vurğulayıb/Report

Soltan Məmmədov daha sonra deyib ki, hamımızın qarşılıqlı hörmətə, əməkdaşlığa ehtiyacı var:

"Biz Cənubi Qafqazda əməkdaşlığın nümunəsinə çevrilməliyik. Bizim təklif etdiyimiz format bölgənin inkişafı, təhlükəsizliyidir. Biz böyük iqtisadi əhəmiyyətə sahib layihələr təklif edirik. Münaqişə bitdikdən sonra Azərbaycan Ermənistanla olan sərhədlərin demarkasiyasına hazır olduğunu bildirib. Bu məsələdə Ermənistandan bizə müsbət siqnallar verilib”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR