DİN: "Tahir Kərimli ölümlə hədələnməsi ilə bağlı müraciət etməyib"

img

17-02-2022 [12:30]


Daxili İşlər Nazirliyi (DİN) Milli Məclisin deputatı Tahir Kərimlinin ölümlə hədələnməsi barədə iddialarına münasibət bildirilib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya açıqlamasında bildirib ki, millət vəkili Tahir Kərimli tərəfindən daxili işlər orqanlarına şikayət xarakterli müraciət daxil olmayıb/APA.

Qeyd edək ki, Tahir Kərimli sosial şəbəkədə yaydığı videosunda ölümlə hədələndiyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA