Səfirlik: "Araik Arutyunyan Moskvada rəsmi şəxslər tərəfindən qəbul olunmayıb"

img

10-02-2022 [15:20]


"Özünü “Artsaxın prezidenti” kimi təqdim edən Araik Arutyunyanın Moskvaya “işgüzar səfər” etməsi və burada Rusiyanın vəzifəli şəxsləri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı aşağıdakıları bildiririk".

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, adıçəkilən şəxs Moskvaya şəxsi işləri ilə əlaqədar gəlib və qısamüddətli səfər zamanı Rusiyanın heç bir dövlət qurumunun nümayəndəsi tərəfindən qəbul edilməyıb: "Bu kimi məlumatların erməni mətbuatında yayılması təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir".


Digər xəbərlər
SON XƏBƏRLƏR