Nazir: "...Naxçıvanlı, lənkəranlı söhbəti salmışdı"

img

12-03-2014 [21:57]


Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Araz-Naxçıvan” – "Xəzər Lənkəran” qarşılaşmasından sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbovun göstərişi ilə hər iki komanda üçün ziyafət təşkil olunub.

Mia.az arazpfc.com-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov "Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin "Xəzər Lənkəran”la çempionat oyunundan sonra qabartdığı məsələyə də toxunub: "Bu gün Naxçıvan və Lənkəran təmsilçilərinin qarşılaşdı. Görüşdə dostluq qalib gəldi. Azərbaycanın hər bir bölgəsi bizə əzizdir. Bugünkü matçdan da hamımız məmnun qaldıq. Bir müddət əvvəl kimlərsə məsuliyyətsiz açıqlamalar vermiş, naxçıvanlı, lənkəranlı söhbəti salmışdı. Amma belə danışmaq düzgün deyil. Bu, məsuliyyətsizlikdi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA